Yuxarı

Səfirimiz Rotterdam meri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirimiz Rotterdam meri ilə görüşdü - Foto

Sentyabrın 9-da Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov Rotterdam şəhərinin meri Əhməd Əbutaleb ilə görüşüb.

Səfirlikdən Axar.az-a bildirilib ki, görüş çərçivəsində Azərbaycanın şəhərləri və Rotterdam arasında əməkdaşlıq əlaqələri müzakirə edilib. Səfir Rotterdamda çoxsaylı Azərbaycanlı icmasının yaşadığını, burada Bakı küçəsinin olduğunu və “Qarabağ” idman klubunun fəaliyyət göstərdiyini, Bakıda isə Rotterdam küçəsinin olduğunu bildirib. Ə.Əbutaleb 2013-cü ildə Azərbaycana səfərdə olduğunu və ölkə haqqında müsbət təəssüratlarının olduğunu qeyd edib. Görüş zamanı səfir cari ilin iyul ayının 12-16-da Ermənistan – Azərbaycan dövlət sərhəddində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə hərbi təcavüz, mülki və hərbi şəxslər arasında itkilər barədə ətraflı məlumat verib.

Tərəflər, eyni zamanda su idarəçiliyi, kənd təsərrüfatı, nəqliyyat kimi sahələrdə Niderland və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. Səfir Ələt Azad İqtisadi Zonası və Azərbaycanda qeyri-neft sektorunun inkişaf səviyyəsi haqqında məlumat verib, Niderland şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib.

Tarix
2020.09.09 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla