Yuxarı

ÜST-dən çağırış: "İks" xəstəliyi gəlir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜST-dən çağırış: "İks" xəstəliyi gəlir...

Biz dəqiq bilirik ki, gələcəkdə yeni viruslar və “İks” adlanan xəstəlik peyda olacaq.

Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında çıxış edərkən söyləyib. O, yeni xəstəliklərin baş verməsinin qarşısını almaq və onlarla mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin zəruri vasitələrə malik olduğunu vurğulayıb.

Doktor Tedros SARS və H5N1 viruslarına qarşı mübarizənin təcrübəsinə əsaslanan Tailand hökumətinin və ictimaiyyətinin vaxtında və sürətlə səfərbər olunaraq COVİD-19-un yayılmasının qarşısını ala bilmələrini misal gətirib. “Tailandda olduğu kimi “əzələ yaddaşının” inkişafı pandemiyaya qarşı mübarizə aparmaq üçün çox vacibdir və indi bütün dünya bu cəhətdən döyüş hazırlığında olmalıdır”, - deyə o vurğulayıb

ÜST rəhbərinin fikrincə, koronovirus artıq bu əsrdə baş vermiş ən təhlükəli xəstəliklərin ilk epidemiyası olmasa da, o beynəlxalq ictimaiyyəti qəfildən yaxalayıb. Bununla bağlı Tedros Zika və Ebola kimi xəstəlikləri misal gətirib.

“Hər dəfə eyni şey baş verir. Epidemiyanın ən qızğın çağında onunla mübarizəyə böyük pullar xərclənir, lakin sonrakı epidemiyaya hazırlaşmaq üçün ehtiyat fondunda vəsait qalmır”, - deyə Tedros söyləyib.

O xatırladıb ki, XXI əsrdə təhlükəli xəstəliklərin əksəriyyəti zoonoz xəstəliklərə, yəni insana heyvanlardan ötürülən xəstəliklərə aid olanlardır. Çox güman ki, COVİD-19 da onların sırasına daxildir. Bu xəstəliyin əsas daşıyıcısının yarasalar olması və bu virusun onlardan digər heyvana keçərək insana yoluxması ehtimal olunur. Mümkün “vasitəçilər” sırasında panqolinlərin adı çəkilir.

ÜST rəhbəri insanın vəhşi təbiətin ərazisini mənimsəməkdə davam etdiyini və buna görə də yeni patogenlərin heyvanlardan insana keçməsi riskinin artdığını vurğulayıb.

Doktor Tedros bəyan edib ki, beynəlxalq ictimaiyyət ötən illərin təcrübəsinə əsaslanaraq yeni xəstəlik və pandemiyalara qarşı mübarizəyə birgə hazırlaşmalıdır.

Tarix
2020.09.21 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla