Yuxarı

Doğrudur, “Vaqner” muzdluları Azərbaycanda olub – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Doğrudur,  “Vaqner” muzdluları Azərbaycanda olub – Şərh

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına görə, Rusiyanın məşhur “Vaqner” muzdlularının olduğu ölkələr içərisində Azərbaycanın da adı var. Mərkəzin iddiasına görə, “Vaqner” muzdluları 2016-cı ildə Serbiya və İndoneziya ilə yanaşı, Azərbaycanda da olublar.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, “Vaqner” muzdluları həqiqətən Azərbaycanda olub.

“Bu gün “Vaqner” muzduları Suriya, Liviya, Donbas kimi dünyanın ən qaynar münaqişə nöqtələrində döyüşür, savaşlarda iştirak edir. Bundan başqa, bəzi Afrika ölkəsində təhlükəsizliklə bağlı təlimlər keçirlər.

ABŞ-ın Stateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına gəldikdə isə deyə bilərəm ki, hesabat həqiqəti əks etdirir. Lakin bir nüansı yanlış qeyd ediblər. Belə ki, “Vaqner” muzdluları dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisində, lakin Bakının nəzarət edə bilmədiyi Qarabağda, Ermənistan rəhbərliyinin istəyi ilə olub. Yəni bu gün bu ərazilər hüquqi olaraq Azərbaycana məxsus olsa da, faktiki olaraq işğal edildiyi üçün Ermənistanın nəzarətindədir. Bu mənada “Vaqner” muzdularının bu ərazidə fəaliyyət göstərməsindən rəsmi İrəvan məsuliyyət daşıyır.

Digər tərəfdən, “Vaqner” muzdularının Azərbaycana gəlməsi üçün hər hansı bir səbəb görmürəm. Bizim nəinki “Vaqner” muzdularına, ümumiyyətlə heç bir kənar qüvvəyə ehtiyacımız yoxdur. Əgər nə zamansa kənar hərbi dəstəyə ehtiyacımız olsa, onda Türkiyə və Pakistan kimi qardaş dövlətlər hər zaman hazırdır”, - o bildirib.

Tarix
2020.09.22 / 08:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla