Yuxarı

Qarabağ Azərbaycana qaytarılacaq - İranın keçmiş səfiri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ Azərbaycana qaytarılacaq - İranın keçmiş səfiri

Dağlıq Qarabağ nə müstəqi dövlət ola bilər, nə də Ermənistana biləşdirilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin İRNA agentliyinə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın müstəqil olması və yaxud Ermənistana birləşdirilməsi regionun təhlükəsizliyi üçün təhdiddir.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunaraq qeyd edib ki, bu bölgədə azərbaycanlılarla yanaşı, ermənilər də yaşayıb. Lakin Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub.

M.Pakayin diqqətə çatdırıb ki, indiki münaqişənin əsası Sovet İttifaqı dövründə yaranıb və respublikalar müstəqillik əldə etdikdən sonra qızışdırılıb. Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır. Lakin Ermənistan hakimiyyətdə olanlar bu münaqişədən siyasi məqsədləri üçün istifadə ediblər. Ermənistanda hakimiyyətdə olan qüvvələrin heç biri cəsarət edib bu torpaqların Azərbaycana qayıtmalı olduğunu dilə gətirə bilməyiblər. Onlar başa düşürlər ki, bu fikri ifadə etsələr hakimiyyəti itirəcəklər. Yəni hakimiyyətin opponentləri bundan istifadə edəcək. Bu fakt problemin uzanmasına səbəb olub.

O vurğulayıb ki, sonda Dağlıq Qarabağ Azərbaycana qaytarılacaq.

Tarix
2020.09.30 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla