Yuxarı

Ərdoğandan Azərbaycana gözlənilməz jest - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Azərbaycana gözlənilməz jest - Foto

Dünən Çanaqqala savaşının 100 ildönümü münasibətilə keçirilən toplantılara qatılan bir qrup Azərbaycan jurnalisti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Onların sırasında Axar.az-ın əməkdaşı da olub.

Planlaşdırılmayan görüş Canaqqala ərazisində barış toplantısından qayıdan jurnalistlərin istirahət etdiyi məkanda baş tutub. Qeyd edək ki, məkan yol kənarında Mərmərə dənizinin sahilində yerləşir.

Jurnalistlər əllərində Türkiyə və Azərbaycanın bayraqlarını tutaraq, iki ölkənin dostluğundan bəhs edən mahnılar oxuyublar. Bu zaman barış toplantısından geri dönən ölkə başçılarının korteji gözlənilmədən həmin məkanda dayanıb. Ölkələrin liderləri iki qardaş dövlətin bayraqlarının dalğalandırılaraq barışa səslənmələrini cavabsız qoymayıblar.

Avtobusda qarşı tərəfdə ayaq üstə jurnalistləri salamlayan Prezident Rəcəb Tayyib Ərdoğan yerə enərək onlarla tək-tək görüşüb, tədbir barədə təəssüratlarını soruşub:

"Başqanınız İlham Əliyev də burda idi. Onu da uğurlayıb yola saldıq. Sabah Bakıda bir qonağınız olacaq. Ona görə tez getməli oldu".

Türkiyə prezidentinin xüsusi diqqətinə görə Ərdoğana təşəkkür edən jurnalistlər qardaş ölkədə keçirilən və dünyaya mesaj verən möhtəşəm tədbirin əhəmiyyətini vurğulayıblar.

Ərdoğanın azərbaycanlı jurnalistlərə isti münasibətini görən avtobusdakı digər ölkələrin prezidentləri də onları salamlayıblar.

Xatırladaq ki, dünən Canaqqala şəhidləri abidəsində "Barış mümkün" ("Peace is possible") çağırışı ilə baş tutan zəfər bayramında 21 ölkənin prezidenti, 3 ölkənin vitse-prezidenti, 5 ölkənin baş naziri və 2 ölkənin parlament sədri iştirak edib.

Canaqqala döyüşlərində Türkiyə ordusuna qarşı vuruşan hərbi gəmilərin simvolu kimi Mərmərə dənizində eyni adlı gəmilər öz ölkələrinin bayraqlarını dalğalandırıblar. Lakin bu dəfə bütün gəmilər "Barış mümkün" çağırışına toplaşıb. Hadisələr zamanı döyüşlərdə iştirak edərək həlak olan Avstraliya vətəndaşlarını yad etmək üçün bu ölkədən 11 min nəfər iştirakçı anım mərasiminə qatılıb.

Tarix
2015.04.25 / 10:46
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Bu ərazilərin azad olmasını istəyirik - İlham Əliyev

Ukraynaya yardım üçün əlimizdən gələni edirik

İlham Əliyev ABŞ-İran münaqişəsindən danışdı

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır

Bu, tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir!

ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz addımı...

Bu baş versə, ölkəmizdə heç kəs bunu hiss etməyəcək

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət...

Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev

Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla