Yuxarı

Əli Həsənov: "Biz xəbərdarlıq etmişik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"SSRİ dağıldıqdan sonra müstəqillik əldə etməsi məqamında bəzi dövlətlərin bir-birinə qarşı yönələn ərazi iddialarının təməlində bir tərəfdən tarixən beyinlərində formalaşan "böyük dövlət" iddiaları dayanırdısa, digər tərəfdən də regional güclərin bilərəkdən bu münaqişə ocaqlarını yaratması siyasəti vardı. SSRİ dağıldıqdan sonra belə münaqişə ocaqları Azərbaycan və Ermənistan arasında, Abxaziya və Cənubi Osetiyada - Gürcüstanla bu muxtar qurumlar arasında, Moldovada Dnestryanı, Ukraynada, Rusiyanın özündə və digər bölgələrdə yarandı. Biz 1992-ci ildə bu münaqişələrin təhlükəsi haqqında məsələni ilk dəfə ATƏT-in Helsinki sammitində, daha sonra 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1998-ci ildə isə İstanbul sammitlərində və sondakı tədbirlərində qaldırmışıq və regional münaqişələrə son qoymadan beynəlxalq sülhün təmin olunması qeyri-mümkün olması barədə xəbərdarlıq etmişik".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov III Bakı Qlobal Forumunda çıxışı zamanı deyib.

Ə.Həsənov xatırladıb ki, 1992-93-cü illərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq, BMT Təhlükəsizlik Şurası 4 dəfə toplanıb və Ermənistan əleyhinə qətnamələr qəbul edib. Qətnamələrin tələbləri Ermənistanın işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməsi, qoşunları təmas xəttindən çəkilməsi, daha sonra iki dövlət arasında bu münaqişənin yaranması ətrafında danışıqlar aparılması ilə bağlı olub: "Bunun üçün ATƏT-in Minsk Qrupunu, daha sonra xüsusi həmsədrlik institutu yaradaraq ABŞ, Fransa və Rusiyanı bura daxil etdilər. Lakin Avropa və dünyada cərəyan edən ikili standartlar nəticəsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi o 4 qətnamə həyata keçmədi. Buna görə də Dağlıq Qarabağ problemindən ruhlanan Abxaziya və Cənubi Osetiya münaqişəsi Gürcüstanın, Dnestryanı problem Moldovanın ərazi bütövlüyünü təhdid elədi. Bundan ruhlanan digər ərazilərdə, o cümlədən Rusiyanın öz ərazisində - Çeçenistanda, Dağıstanda etnik münaqişələr başlandı. Biz bir daha beynəlxalq aləmə bu məsələlərə prinsipial yanaşmaq lazım olması barədə çağırışlar etdik".

Ə.Həsənov təəssüflə qeyd edib ki, nə BMT öz qərarlarının icrası üçün prinsipial addımlar atıb, nə də Təhlükəsizlik Şurası vahid standartlar çərçivəsində çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və münaqişənin, işğalın qarşısını alıb: "Nəticədə nə baş verdi? Nəticədə Ukrayna məsələsi oldu. Bu gün Ukraynada münaqişəni həll etmək üçün bütün səylərini ortaya qoyan beynəlxalq aləm, Avropa, ABŞ 1992-ci ildən bizim çağırışlara prinsipial münasibət göstərib, Dağlıq Qarabağ münaqişəsi ətrafında vahid standartlardan çıxış edib beynəlxalq hüquq normalarını bərqərar etsəydilər, bu münaqişələr yaşanmazdı".

Ə.Həsənov deyib ki, müasir dünyada münaqişələrin həll edilməməsinin birinci səbəbi beynəlxalq hüquq normalarının pozulması və bu normalara əməl olunmasının BMT Təhlükəsiz Şurası tərəfindən prinsipal təmin olunmamasıdır: "1992-ci ildən bəri BMT TŞ-nın 4 qətnaməsi havadan asılı qaldığı halda, bir günün içində Küveyt torpaqlarını işğal etmiş İraq bu ərazidən vurub çıxarıldı. Bir günün içərisində Liviya ilə bağlı qərar qəbul olundu və icra olundu. Bir günün içində Misirə və Yuqoslaviyaya qoşun yeridildi. Serbiya bombalandı və sair. Deməli, söhbət ondan gedir ki, beynəlxalq güclər onlara sərf edəndə beynəlxalq hüquq normalarına istinad edir və onun təmin olunması üçün hərəkətə keçirlər. Amma onlara sərf eləməyəndə öz maraqları çərçivəsində oynayırlar. Bu oynamanın nəticəsində Cənubi Qafqazda sülh hələ də bərqərar olmayıb".

Tarix
2015.04.28 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla