Yuxarı

Azad olunmuş ərazilərdə meliorativ tədbirlərə başlanıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad olunmuş ərazilərdə meliorativ tədbirlərə başlanıldı

Şanlı Azərbaycan Ordusu tərəfindən sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində işğal altında olan bir sıra şəhər və kəndlərimiz azad olunub. Azad olunan ərazilərdə artıq meliorativ tədbirlər görülməyə başlayıb.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən Axar.az-a verilən məlumata görə, ərazilər azad olunandan sonra ilk olaraq Səhmdar Cəmiyyətin Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cərbayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa edib.

Erməni faşistləri tərəfindən yararsız hala salının subartezian quyusu tam işlək vəziyyətə gətirilib. Bərpa işləri zamanı subartezian quyusuna kabel, nasos, boru, elektirik və mühafizə şiti qurulub. Mühafizə çəpəri çəkilib və rənglənib.

Qeyd edək ki, subartezian quyusu təxminən 3-4 ha ərazidə yerləşən binaları su ilə təmin edir.

Xatırladaq ki, ümumilikdə 654 subartezian quyusu işğal altında idi.

“Əminik ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu torpaqlarımızı erməni qəsbkarlarından tam şəkildə işğalından azad edəcək. Qələbədən sonra uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tərazlığın bərpa edilməsinə təminat yaranacaq. Biz əminik ki, tezliklə Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə bütün su təsərrüfatı obyektlərimiz yenədən təmir-bərpa olunacaq, torpaq və su istifadəçilərinin ixtiyarına veriləcəkdir. Bundan sonra biz həmin ərazilərdən daha bol məhsul əldə edəcəyik”, deyə məlumatda deyilir.

Tarix
2020.10.21 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi ilə bağlı məlumat

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

Hörmüz bağlandı – Tramp dərhal hərəkətə keçdi

Kobaxidzedən Paşinyana: Bakı ilə əlaqələr...

İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla