Yuxarı

Paşinyanın müharibə çağırışı: Rusiya üçün tələ...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 sentyabrda, Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı ilk günlər deyil, hətta ilk dəqiqələrdən dünyanın aparıcı ölkələrinin liderlərinə ardıcıl zənglər edən və atəşkəsə nail olmaq istəyən Nikol Paşinyanın ötən gün verdiyi açıqlama gözlənilməz olsa da, təəccüblü deyildi. Çünki Nikol Paşinyan əslində müharibənin alovlanması üçün nə mümkündürsə, onu da etmişdi və edir...

Paşinyanın sələfindən aldığı miras

Nikol Paşinyan müharibənin ilk günlərində Qarabağ danışıqları ilə bağlı aldığı mirasdan bəhs etmiş və sülh danışıqlarının əslində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparıldığını təsdiqləmişdi. O demişdi ki, 5+2 rayonun qaytarılması, Dağlıq Qarabağın statusunun isə məcburi köçkünlər geri qayıdandan sonra müəyyənləşdiriləcəyi qərarına özündən əvvəlki Ermənistan rəhbərliyi razılaşma imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də TASS-a müsahibəsində əvvəlki hökumətlə aparılan danışıqların məntiqi nəticəyə çox yaxın olduğunu bildirdi. Ermənistan rəhbəri (Sərkisyan) son anda iki rayonun (Laçın və Kəlbəcər – red.) qaytarılmasından imtina etdiyi üçün proses uzanmışdı.

Belə məlum olur ki, 2011-ci ildə “Kazan formulu” (baza prinsipi və ya mərhələli həll) istiqamətində aparılan danışıqlardan keçən müddətdə Serj Sərkisyanın status-kvonu saxlamaq və danışıqları uzatmaq cəhdləri Aprel savaşından sonra bütövlükdə uğursuzluğa məruz qalır. Beləliklə, Aprel savaşını dayandırmaq üçün Sərkisyanın baza prinsipinə sadiqliyi vədini əsas götürən Rusiya (Putin) Ermənistan prezidentinin oyunlarına qarşı təzyiqlərini artırır və Sərkisyanı ən azı ilkin mərhələdə 5 rayondan ordusunu çıxarmağa məcbur edir. Görünür, “Lavrov planı” deyilən məfhum da Sərkisyanı vəziyyətdən çıxarmaq, Aprel savaşını dayandıran Azərbaycana verilən sözü tutmaq üçün düşünülmüşdü.

Sərkisyan özü də 2 gün öncə ölkə və xarici mediaya açıqlamasında 2016-cı ilin aprelində savaşı dayandırmaq üçün Prezident İlham Əliyevin “çox çətinliklə razı salındığını” etiraf etdi. Demək, rəsmi Bakıya konkret söz verilib və müharibənin dayandırılması istənilib.

Sərkisyan nə etdi?

Belə anlaşılır ki, 2016-cı ildən sonrakı danışıqlarda seçkilərə görə “pauza” götürən Sərkisyanın hakimiyyəti Sorosun dəstəklədiyi “məxməri inqilabçılar”a ötürməsi əslində düşünülmüş planın tərkib hissəsi olub. Yoxsa Sərkisyan hakimiyyətdə qalmaq üçün ən azı 2008-ci il 1 mart təcrübəsini tətbiq edə bilərdi. Həmin zaman onlarla aksiyaçını qətlə yetirməklə Sərkisyan hakimiyyətini təmin etmişdi.

2018-ci ildə isə Sərkisyan demək olar ki, heç bir ciddi müqavimət göstərmədən hakimiyyətdən getməyə razılaşdı. Niyə?

Ehtimal ki, Sorosun və Qərbin dəstəklədiyi bir şəxsin Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Ermənistanın maraqlarını “daha münasib” təmsil edəcəyi barədə razılaşma olub. Belə ki, Sorosun layihəsi olan Paşinyana Qərb daha çox dəstək göstərməli, Rusiya isə Ermənistanı əlində saxlamaq üçün bu ölkənin nazı ilə oynamaq yolunu tutmalı və danışıqlar masasında Ermənistanın mövqeyi güclənməli idi.

Hər şey tərsinə oldu

Ermənistanın “Rus NATO-su”ndan və Aİİ-dən çıxması gərəkdiyini uzun illər siyasi fəaliyyətinin əsas tərkib hissəsinə çevirən Paşinyanın hakimiyyətinin ilk günlərində rusmeyilli siyasilərə və maqnatlara qarşı başlatdığı böyük repressiya Rusiya ilə münasibətləri son dərəcə gərginləşdirdi, əvəzində daha artıq imtiyaz istəyən və Rusiyanın bölgədəki maraqlarını Qərbə satmaqla hədələyən yeni hökumətin avantürist siyasəti iflasa uğradı.

Bunun ardınca isə Paşinyan israrla danışıqlardan çıxmağa, Qarabağda növbəti eskalasiyanın yaranması üçün çalışmağa başladı.

Rəsmi Bakı təsadüfən demirdi ki, Ermənistan ciddi şəkildə müharibəyə hazırlaşır. Çünki 20 ildən artıq sürən və müəyyən məsafə qət edilən danışıqları sıfırlamağa çalışan Paşinyan “dqr”i danışıqlar masasına oturda bilməyəcəyini anlayandan sonra Bakını fakt qarşısında qoymaq istəyirdi: “Qarabağ Ermənistandır və nöqtə”, “Yeni ərazilər üçün yeni müharibə”, Şuşanın “paytaxt”a çevrilməsi yönündə çalışmalar Azərbaycanı birmənalı olaraq müharibəyə çəkmək idi. Bütün vasitələrlə növbəti müharibə və növbəti işğalla Azərbaycanı ərazi bütövlüyü hüququndan məhrum etməyə cəhd siyasəti aparılırdı.

Hər şey hesablanmışdı – bir faktdan başqa!

Nikol Paşinyan və onun “sorosçu himayədarları” Azərbaycan Prezidentinin iradəsini və siyasi imkanlarını düzgün qiymətləndirməmişdilər.

İllərlə ən müasir ordunun qurulmasına milyardlar xərcləyən İlham Əliyev artıq bütün siyasi, diplomatik hazırlıqlarını başa çatdırmaq üzrəydi. “Nəyi, nə zaman və necə edəyini” (Prezidentin öz sözüdür) dəqiq hesablayan Prezident İlham Əliyevin zamanlaması sözün bütün mənalarında ən incəliyinə qədər, zərgər dəqiqliyi ilə hesablanmışdı.

Tovuz təxribatının səbəbi

Tovuz təxribatı Paşinyanın müharibənin istiqamətini tamamilə fərqli səmtə çevirməklə bağlı çox hiyləgər bir oyunu idi. Azərbaycan KTMT-yə görə Ermənistana girməyəcəkdi, Ermənistan isə tamamilə fərqli məkandan “yeni ərazi” işğalına cəhd edirdi. Beləliklə, Azərbaycanı danışıqları sıfırdan başlamağa razı salmaq üçün hiyləgər və təhlükəli bir plan hazırlanmışdı.

Tovuz təxribatının qarşısı dərhal alındı, ancaq Azərbaycan Qarabağda müharibəni başlatmadı: çünki zamanlama tamamlanmamışdı.

Nəhayət, 27 sentyabr hücumu

Ermənistan bütün vasitələrlə müharibəni tezləşdirməyə çalışmaqla əslində Sorosun öhdəliklərini yerinə yetirir: Rusiyanı növbəti müharibəyə cəlb etmək, iqtisadi sanksiyalara məruz qalan Şimal ayısını Donbas, Suriya, Liviyadan daha fərqli, bu dəfə daha ağır problemin içinə birbaşa daxil etmək, eyni zamanda Türkiyə ilə Rusiyanı üz-üzə gətirmək, bu qarşıdurmadan istifadə edərək Rusiyanın parçalanmasının əsasını qoymaq və Dağlıq Qarabağın taleyini həll etmək!

Dağlıq Qarabağ – Ermənistanın maraqları üçündür, burda “sorosçu”ların (Prezident haqlı olaraq “Soros” adından bir məfhum olaraq bəhs edir) xüsusi marağı yoxdur. “Soros” marağı Rusiyanın daha ağır zərbə alması, iqtisadi kiçilmə zamanında parçalanmaya məruz qalması, daha ciddi, həm də daha qaynar müharibəyə cəlbi ilə silkələnməsidir.

Dağlıq Qarabağdan başlayan prosesin 1991-ci ildə SSRİ-nin parçalanmasına səbəb olduğunu hesablayanlar növbəti Qarabağ müharibəsinin Rusiyanı hissələrə böləcəyini də düşünürdülər. Üstəlik, Türkiyə-Rusiya-İran üçlüyünün bölgədə çox ciddi uğurlara imza atması bir çoxlarını narahat etməyə bilməzdi. Qarabağda eskalasiya Rusiyanı Türkiyə ilə üz-üzə gətirə və bu “Üçlüy”ün illərdir əldə etdiyi uğurları zibilliyə ata bilərdi.

İlham Əliyev və Ordusu “Nikol planı”nı məhv etdi

Heç nə gözlənildiyi kimi olmadı: Azərbaycan Ordusunun əks-hücum əməliyyatını sonadək davam etdirməsi ilə bağlı Prezident İlham Əliyev əmr verdi və Vətən müharibəsi başladı.

İlk gündəcə Ermənistan ordusunun ağır zərbələr alması və ciddi mövqe itkiləri qarşılığında Paşinyanın provokasiyaları başladı (hazırda da davam edir): Azərbaycanın mülki əhalisini Ermənistan ərazisindən vurmaqla Rusiyanı müharibəyə daxil etmək.

Azərbaycan şəhərlərinin Ermənistan ərazisindən vurulmasına cavab olaraq öz ərazisində olan işğalçı orduya daha ağır zərbələrlə cavab verir. Ancaq bir nüansdan başqa!

Bir neçə gün öncə Ermənistan ərazisində (Vardanes) start mövqeyə çıxarılan zenit-raket komplekslərini Azərbaycan Ordusu məhv etdi. Ermənistan bunu dərhal KTMT-yə müraciət üçün əsas kimi götürərək, Kremlə “faktlar təqdim etməyə” çalışdı. Ancaq məlum oldu ki, Azərbaycan mülki şəhərlərini nişan alan legitim hərbi hədəfi məhv etdiyinə dair olduqca səhih dəlillərə, hətta videogörüntülərə sahibdir.

Kreml də məsələnin araşdırıldığını deməklə, Ermənistana inanmadığını ilk gündəcə elan etdi. Nəticə odur ki, artıq bu məsələ heç müzakirə predmeti deyil, Ermənistan XİN rəhbərinin müavini Köçəryan isə KTMT-yə müraciət etmək üçün heç bir əsaslarının olmadığını ötən gün etiraf etd.

Nikolun sülhü məhv edən qərarı

Beləliklə, prosesin indiki mərhələsində diplomatiyaya daha çox yer verməli olan Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün danışıqlar masasına oturmayacağını elan etməsi və bütün xalqı savaşa çağırması, özünümüdafiə dəstələrinin yaradılması istəyi ən son mərhələ sayıla bilər.

Paşinyan bir daha bu müharibəni aylarla yürütdüyü məqsədyönlü siyasət nəticəsində qazandığını etiraf etməklə, savaşı dayandırmaq niyyətində olmadığını göstərdi. Məsələ ondadır ki, ya Ermənistan sülh danışıqları ilə işğaldan əl çəkməli, yaxud da...

Bəli, “Soros ssenarisi” və yaxud “Nikol planı” davam edir: Nikol Paşinyan sona qədər planı icra etmək, Rusiyanı müharibəyə cəlb etmək, bu alınmadıqda isə Rusiyanı bu bölgədən çıxarmağı hədəfləyir.

Rusiyalı politoloq Trofimçuk təsadüfən demədi ki, Azərbaycan Ordusunun qələbəsini diplomatiyada davam etdirmək və Rusiya ilə Azərbaycanın bölgədəki maraqlarını uzlaşdırmaq da Bakının öhdəsinə düşür.

Rusiya artıq Ermənistanın, daha doğrusu, Sorosun hansı oyunlar oynadığını yaxşı anlayır və gözünü Azərbaycanın siyasətinə dikib.

Azərbaycan lideri isə Moskvada danışıqlara hazır olduğunu elan etməklə - baxmayaraq ki, Ordu hər gün ərazi bütövlüyünü təmin etmək istiqamətində irəliləyir və torpaqları işğaldan azad edir – Rusiyanın maraqlarını baltalamaq niyyətində olmadığını bir daha göstərmiş oldu.

Əvəzində isə Nikol Paşinyan necə deyərlər, baltanı kökündən vurdu...

Bundan sonrakı proses artıq hamıya aydındır: Azərbaycan lideri tərəfdaş kimi nə qədər etibarlı olduğunu, heç bir oyun oynamadığını, yalnız milli maraqları və ərazi bütövlüyü üçün mübarizə apardığını göstərdi, Nikol Paşinyan isə əksinə!

İlham Əliyevin Ordunun qələbələrini diplomatiyada rəsmiləşdirəcəyinə də artıq dünya da, elə Kreml də şübhə etmir.

Tarix
2020.10.22 / 21:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla