Yuxarı

Ərdoğan: Bütün imkanlar səfərbər olunub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan: Bütün imkanlar səfərbər olunub

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Səhiyyə Elmi Komitəsinin iclası keçirilib.

Axar.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan çıxışının əvvəlində Egey bölgəsində baş verən zəlzələ ilə bağlı Türkiyə xalqına xitab edərək, təbii fəlakətin yaratdığı tələfat və dağıntıya dair son məlumatları çatdırıb.

Türkiyənin bu sınaqdan da qətiyyətlə çıxacağına əmin olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib ki, təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir. Xilasetmə və digər işlərin tezliklə başa çatması üçün bütün imkanlar səfərbər olunub. Bütün işlər koordinasiyalı şəkildə davam edir. Prezident İlham Əliyev də daxil olmaqla, Türkiyəyə dost, qardaş və qonşu olan dövlət və hökumət başçılarının telefonla zəng edib “keçmiş olsun” dediklərini və yardım təklifi etdiklərini vurğulayan Rəcəb Tayyib Ərdoğan hazırda heç bir köməyə ehtiyac olmadığını və səmimi təkliflərə görə təşəkkürünü çatdırıb.

Tarix
2020.10.31 / 02:37
Müəllif
Axar.az
Digər xəbərlər

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

İlham Əliyev Pəncabın baş naziri ilə görüşdü

İlham Əliyev Tokayevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla