Yuxarı

Özbəkistan portalları erməni barbarlığından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistan portalları erməni barbarlığından yazdı

Özbəkistanın “islamonline.uz”, “qalampir.uz” və “darakchi.uz” portalları yazır ki, Qarabağda olan 67 məsciddən 63-ü dağıdılıb, qalan bir neçə ibadət evində isə ermənilər donuz və qaramal saxlayıblar.

“İslamonline.uz” portalı bildirir ki, Şuşada 215, Ağdamda 140, Cəbrayıl və Xocavənddə 93, Kəlbəcərdə 91, Laçında 74, Zəngilanda 56, Xocalıda 28 tarix və mədəniyyət abidəsi olub.

Axar.az xəbər verir ki, “qalampir.uz” portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə Bəyanat qəbul etmələri haqqında məlumat verir. Bildirilir ki, razılaşmaya uyğun olaraq artıq Ağdam rayonu işğaldan azad edilib, Azərbaycan Silahlı Qüvvələri şəhərə girib. Bildirilir ki, şəhər tamamilə dağıdılıb, yerlə- yeksan edilib, Ağdamda 1 dənə də olsun bina, ev qalmayıb, infrastruktur məhv olub.

Vurğulanır ki, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın isə dekabrın 1-dək Azərbaycana təhvil veriləcək.

“Darakchi.uz” portalı yazır ki, işğaldan azad edilən Zəngilan rayonundakı ermənilər tərəfindən yarımdağıdılmış məscid də tövləyə çevrilib, onlar burada ev heyvanları saxlayıb və bununla da təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman dünyasını təhqir ediblər.

Tarix
2020.11.24 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla