Yuxarı

Erməni vandalizminin izləri - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni vandalizminin izləri - Video

Bir müddət əvvəl Azərbaycan Ordusu tərəfindən Kəlbəcərdə saxta erməni tarixi istehsal edən emalatxana aşkar edilmişdi.

Axar.az Real TV-yə istinadla xəbər verir ki, daş üzərində qədim ornament və xaç yonan erməni ustalar ona qədim görünüş verərək sirkədə saxlayıb oksidləşdiriblər. Daşları torpağa basdıran işğalçı ölkənin sakinləri bir müddətdən sonra guya erməni tarixini əks etdirən saxta nümunələr üzə çıxarıblar. Bu yaxınlarda ermənilər Azərbaycan ərazilərindən çıxarılarkən Qarabağdakı Alban kilsəsini də talan ediblər. Kadrlardan da görünür ki, kilsəyə aid olan elementləri söküb özləri ilə aparırlar.

Ermənilərin Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparması onların vandal hərəkətlərinin göstəricisidir. Beynəlxalq arxeoloqları cəlb etməklə mağarada aşkar olunan qədim insan sümüklərini Ermənistan və Qərb ölkələrinin muzeylərinə göndəriblər.

Bütün bu faktlar erməni vandalizminin göstəricisidir. Özlərinə saxta tarix yaradan işğalçı ölkə Qarabağda 2645 tarixi, 1814 memarlıq, 747 arxeoloji abidələri tamamilə dağıdıblar.

Statistik məlumatlara görə, işğal olunmuş ərazilərində 40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, qədim tarixi xalçalar və digər qiymətli eksponatlar talan edilib. Kəlbəcər tarix-diyarşünaslıq muzeyində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar, Zəngilan Tarix Diyarşünaslıq Muzeyində 6000-ə yaxın eksponat məhv edilib. 5 mindən çox nadir eksponatın saxlandığı Qubadlı Tarix Diyarşünaslıq muzeyi isə tamamilə talan olunub. Ağdamın dünyada nadir olan Çörək Muzeyi də bu siyahıya daxildir.

Ermənilər dahi Üzeyir Hacıbəyov, Bülbül, Xan qızı Natəvanın heykəllərini Şuşadan Ermənistana aparmışdılar. Bu abidələr vəhşicəsinə güllələnərək zədələnmişdi. Çətinliklə Bakıya gətirilməsi mümkün olan abidələr indi İncəsənət Muzeyində qorunub saxlanılır. Ermənilərin taladığı Qarabağdakı abidələrin yenidən bərpa olunması ilə bağlı işlərə başlanılıb.

Tarix
2020.11.25 / 01:14
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla