Yuxarı

“Assoşeyted”dən Gəncə barədə reportaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Assoşeyted Press” agentliyi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Gəncə şəhərinə etdiyi raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb.

Axar.az xəbər verir ki, reportajda raket hücumu nəticəsində yaranmış dağıntıların görüntüləri, yaxınlarını itirmiş insanların fikirləri yer alıb.

Bildirilir ki, Gəncə şəhərinin Muxtar Hacıyev küçəsində binalar dağılmış, insanlar, avtomobillər dağıntılar altında qalmışdır. Həlak olmuş mülki şəxslərin, o cümlədən uşaqların xatirəsini yad etmək üçün buraya gələnlər əllərində güllər, oyuncaqlar gətirirlər.

Şairə Quliyeva adlı sakin qardaşı oğlu 13 yaşlı Artur Mayakovun öldüyünü deyərək ağlayır: “O, çox istedadlı, bacarıqlı, həyat eşqi ilə dolu bir uşaq idi. Bu uşaqların günahı nə idi? Bu qədər insan öldü. Təkcə bizim küçəmizdən 14 nəfər həlak oldu. Bu insanların günahı nə idi? Niyə dünya ictimaiyyəti buna göz yumur?”.

Digər sakin Təzəgül Şahnəzərova hücum nəticəsində oğlunu, gəlinini və nəvəsini itirdiyini deyir: “Mən artıq itirdiyimi itirmişəm. Qırx beş illik əməyimizlə tikdiyimiz, yığdığımız hər şeyi itirdik. Lakin bu, mənim gözümə görünmür. Məni övladlarımın həlak olması yandırır. Mən onları istəyirəm, lakin onlar yoxdur. Bir mən, bir də körpə nəvəm sağ qalmışıq”.

Reportajda bildirilir ki, oktyabrın 17-də gecə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə edilən raket hücumu nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Artur Mayakov həmin hücum nəticəsində ağır yaralanıb, lakin sonradan müalicə aldığı xəstəxanada ölüb. O, 2007-ci ildə Rusiyada anadan olmuşdu.

Azərbaycan rəsmiləri Gəncəyə “SCUD” raketi ilə endirilən zərbə nəticəsində yaşayış binalarının dağıldığı və ya ciddi ziyan gördüyünü bildirirlər. Dağıntıların altından cəsədlərin və yaralıların çıxarılması saatlar çəkib. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Gəncəyə edilən raket hücumunu müharibə cinayəti adlandırıb və buna görə məsuliyyəti Ermənistan rəhbərliyinin daşığını bildirib.

Reportajda Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir. Bildirilir ki, sentyabrın sonlarında alovlanan münaqişə iki həftə əvvəl başa çatıb. Bu hadisə Bakıda böyük qələbə kimi qeyd olundu.

Tarix
2020.11.28 / 21:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla