Yuxarı

Araik Bakını yenə təhrik etdi: Erməni operatorları çağırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araik Bakını yenə təhrik etdi: Erməni operatorları çağırdı

Ermənistan rəhbərliyinin Qarabağla bağlı təhlükəli və təhrikedici gedişləri davam edir.

Axar.az xəbər verir ki, 44 günlük müharibədə ağır zərbə alaraq, darmadağın edilən və yalvararaq, kapitulyasiyaya imza atan Ermənistan 10 noyabrda imzalanan Bəyanatda qətiyyən nəzərdə tutulmamasına baxmayaraq, keçmiş və qondarma “dqr”in statusunu gündəmə gətirmək üçün bütün variantlardan istifadə edir.

Hazırda hələ də Azərbaycanın Xankəndi şəhərində və rus sülhməramlılarının qoruduğu ərazidə qondarma “dqr”in bayraq əvəzi əski parçası qalmaqdadır. Hazırkı “taym-aut”dan istifadə edən erməni təbliğat vasitələri isə bu faktı manipulyasiya etməyə başlayıblar. Araik Arutyunyan da özünü “dqr prezidenti” kimi təqdim etməkdə davam edir.

Bu gün bu separatçı-terrorçu Ermənistanda fəaliyyət göstərən mobil operator təmsilçiləri ilə görüşüb. Onlara Azərbaycanın Qarabağ bölgəsində “tam fəaliyyət” (rominqsiz nəzərdə tutulur – red.) təklif edilib.

O bəyan edib ki, 2021-ci ildən “dqr” Ermənistandakı xidmətlə birləşdiriləcək, rominq xidməti ləğv ediləcək.

Qeyd edək ki, bu, Azərbaycanın ərazi bütövlüyünə qəsd təşəbbüsüdür. Xüsusilə sülh danışıqlarının başlamasına hazırlıq görüldüyü bir zamanda Ermənistanın yenidən separatizmi körükləməsi, Azərbaycanın Qarabağ bölgəsindəki rus sülhməramlılarının nəzarəti altında qalan ərazidən “öz ərazisi” kimi bəhs etməyə çalışması Azərbaycanı növbəti dəfə qəti addımlara təhrik edə bilər.

Bir daha vurğulayaq ki, Bəyanatın zəmanətçisi kimi çıxış edən Rusiya Prezidenti Putin açıq şəkildə “Dağlıq Qarabağ həmişə Azərbaycan ərazisi olub” deyə, qəti mövqe ortaya qoydu. Eyni zamanda, ermənilərə hər hansı statusun Bəyanatda nəzərdə tutulmadığını da elan etdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə Qarabağda yaşayacaq erməni əhalisinə heç bir status verilməyəcəyini rəsmən bildirib.

Beləliklə, Ermənistanın bu addımları Bəyanatdan yayınmağa çalışmaqdır ki, bunu da Putin “özünəqəsd” adlandırıb.

Tarix
2020.12.03 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

Bu, İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - Deputat

Nəsirzadə Əliyevlə görüşdə açıq dedi: Pezeşkian göndərib!

Ərdəbil dəmir yolu Azərbaycana birləşdiriləcək - Bazvənd

57 yaşında ali məktəb bitirən Məmmədov haqda maraqlı fakt

Pakistan Azərbaycana buna görə təşəkkür etdi

Bakı nota verdi: Kreml siyasətində dəyişiklik edəcək?

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli kimdir?

Prezidentdən qərar: Məmmədov işdən çıxarıldı, yerinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla