Yuxarı

Bəylər, bu dövlətə qaval lazım deyil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəylər, bu dövlətə qaval lazım deyil

Avropa Oyunları ərəfəsində iqtidar-müxalifət dialoqu olub. Təbii ki, təqdirəlayiq, vacib hadisədir. Əslində, dövlət hal-hazırda o qədər güclüdür ki, azsaylı müxalifətlə heç görüşə getməyə də bilərdi. Amma bu jestlə nümayiş etdirdi ki, Azərbaycanda görüntü dialoqu yox, gerçək dialoq var. Yəni danışmaq üçün yox, lazım olanda.

Bu mövzuda da bir gülməli hadisə baş verdi. Aşıq Ələsgər demişkən, adını demərəm, eldən ayıbdır, filankəsin oğlu filandan gedir söhbət. Bu filan deyib ki, onun partiyası I Avropa Oyunlarını boykot edəcək. Boykot edəcək? Yəni neyləyəcək? Oyunlar zamanı gözlərini yumub, kiprik aclığı elan edəcək? Ya televizorunu pəncərədən vızıldadacaq?

Bu bilirsiniz nəyə oxşayır? Bir dəliyə deyirlər ki, başının dərisindən əla qaval çıxar, o da bunun qarşısını almaq üçün ülgücü götürüb başına elədən belə, belədən elə çəkir ki, indi ala, qaval düzəlt görüm, necə düzəldirsən. Bəylər, vallah bu dövlətə qaval lazım deyil. Başınız sağ olsun!

Tarix
2015.05.17 / 23:55
Müəllif
Mir Şahin
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla