Yuxarı

Murad Dadaşov: "Belə bir gündə..." - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Murad Dadaşov: "Belə bir gündə..." - Video

ANS TV bu gün Azadlıq prospekti 189 ünvanında yerləşən binada baş vermiş faciəvi hadisə ilə bağlı efirində dəyişiklik edib.

Bununla əlaqədar efirə gedəcək bütün əyləncəli verilişlərinin yayımı dayandırılıb. O cümlədən ANS TV və "M qrup production"ın birgə məhsulu olan "Maşın" realiti-şou ilə bağlı qərar qəbul edilib.

- Murad bəy, qərarınız nə oldu?

- Mən düşünürəm ki, belə bir gündə başqa bir qərar verilə bilməzdi. Eyni zamanda bu həm ANS kanalının bu məsləyə öz münasibətidir. Eləcə də "M qrup Production" olaraq da biz başqa bir qərar verə bilməzdik. Biz "Maşın" reailiti-şou tarixində ilk dəfədir ki, efirə çıxmırıq. Buna səbəb isə baş vermiş məlum hadisədir. Mən həm öz adımdan, həm pradakşının əməkdaşları, həm də şonun iştirakçıları adından dünyasını dəyişmiş şəxslərin ailələrinə başsağlığı verirəm. Bu bizim üçün ağır bir xəbər oldu. Eyni zamanda bu xəbər bizim hamımızı çox sarsıtdı. Bir vətəndaş olaraq çox istərdim ki, bu səbəb bizi əksinə birləşdirsin. Necə ki, bu gün həm ANS, həm də "M qrup production" birlikdə qərarını verdilər.

Xüsusilə sosial şəbəkələrdə bu məsələ müzakirə olunur. Mən istəməzdim ki, bu məsələ böyük bir narazılığa və insanlar arasında bir çəkişməyə səbəb olsun. Bir daha qeyd edirəm ki, bu çox ağır bir xəbərdir. Özəliklə də bu xəbərin ağırlığı ondan ibarətdir ki, hadisə zamanı azyaşlı uşaqlar dünyasını dəyişdilər. Məhz insan saxtakarlığı və işə məsuliyyətsizlik belə bir nəticəyə gətirib çıxartdı. Əminəm ki, bütün xalqın istəyi ilə dövlət başçısı bu məsələyə dərhal münasibət bildirib və biz haqq-ədalətin bərqərar olacağını əminliklə söyləyə bilərik. Bu hadisə bizi bu ağır günlərdə birləşdirir.

- Hər halda bu gün biz bunu müşayiət etdik. İstər Fövqəladə Hallar Nazirliyi, istər Daxili İşlər Nazirliyi, istərsə də digər qurumların əməkdaşlarının işində bu birliyi bir daha gördük.

- Sizin fikrinizlə tam razıyam. Hətta belə bir vaxtda Fövqəladə Hallar Nazirliyi Kəmalləddin Heydərov səfərini təxirə salaraq vətənə dönüb. İstəyirəm ki, xalqımız bu anlarda xüsusi birlik nümayiş etdirsin. Mən çox sevinirəm ki, dövlət qurumları, başda cənab prezident olmaqla xalqın yanındadır.

Tarix
2015.05.20 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla