Yuxarı

ANS-dən İlkinin təhqirinə - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-dən İlkinin təhqirinə - Cavab

ATV-nin əməkdaşı İlkin Həsəninin ANS-in ünvanına səsləndirdiyi kəskin fikirlərə qarşı tərəfin cavabı özünü çox gözlətməyib.

Publika.az-a açıqlama verən ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mayis Məmmədovun cavabı belə olub:

"Əgər ANS belə konslager idisə, onda niyə həmin insan uzun illər bu konslagerdə işləməyə razı olurdu? Bəs niyə susurdu, ərizə yazıb canını bu konslagerdən qurtaraydı da. Belə əzab-əziyyət görürdüsə, niyə hüquq mühafizə orqanlarına müraciət etmirdi, niyə bağırmırdı ki, ay camaat, məni ANS-də öldürürlər, gəlin, qurtarın? Belə şeyləri danışmaq, yazmaq ayıbdır. Hər kəs ANS-i yaxşı tanıyır və bilir ki, necə vətənpərvər işçiləri var. ANS cəbhə bölgələrində olanda heç bir telekanal onun yanında yox idi. Hansı telekanalda cəbhədə olan, yaralanan, ölümlə üz-üzə qalan, canını verən jurnalist var? Bu gün də ANS-in işçiləri Qarabağ müharibəsinin qəlpələrini bədənində gəzdirir".

İlkinin "şərəfsiz" sözünə isə Mayis Məmmədov cavab verib:

"Şərəfimiz göz qabağındadır".

Tarix
2015.05.22 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla