Yuxarı

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

Türkiyənin Trabzon limanını idarə edən “Trabzon Liman İşletmeciliği A.Ş.” şirkətinin baş direktoru Müzəffər Ermiş limandan yükdaşımaların artması üçün ümidlərini ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırmasına, Naxçıvandan Azərbaycana dəhlizin açılmasına və Ermənistanla sərhədlərin açılmasına bağlayıb.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, Müzəffər Ermiş bu haqda “Deniz Haber” portalına danışıb. Deyib ki, ABŞ-dakı hakimiyyət dəyişikliyinindən sonra yeni administrasiyanın İrana qarşı sanksiyaları yumşaldacağına ümid edirlər. “Trabzon limanının tranzit ticarətində önəmli rolu var. Lakin İrana qarşı tətbiq edilmiş ABŞ sanksiyaları nəticəsində tranzitin üzərindəki ən önəmli ölkə olan İranın idxal əməliyyatları kəskin azalıb. ABŞ İrana qarşı sanksiyaları yumşaltsa, Trabzon limanından daha çox yük ötürə biləcəyik”, - o bildirib.

Müzəffər Ermiş Azərbaycanın qələbəsi ilə başa çatan Qarabağ müharibəsinin də tranzit yükdaşımaları üçün yeni vəziyyət yaratdığını bildirib:

“Azərbaycanın işğal edilmiş torpaqlarını geri alması və bu arada Naxçıvanla Azərbaycan arasında dəhlizin açılmasına dair razılaşmanın əldə olunması bölgəmizə müsbət təsir edəcək. Bölgədə sülhün təmin edilməsi ilə Ermənistana qarşı tətbiq edilmiş embarqonun da qaldırılması gündəmə gələcək. Bu məsələdə hörmətli Əliyev müsbət yanaşma içərisindədir. Ermənistana qarşı embarqoların aradan qaldırılması və Naxçıvan dəhlizinin açılması halında ümid edirəm ki, Trabzon limanı Ermənistan və Azərbaycanın Avropaya açılacağı ən önəmli tranzit qapısı olacaq”.

Tarix
2021.01.20 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla