Yuxarı

Rusiya Ermənistan sərhədini ələ keçirir – Tam nəzarət!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ermənistan sərhədini ələ keçirir – Tam nəzarət!

Məlum olduğu kimi, 10 noyabr üçtərəfli razılaşmasından sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti Ermənistanda 5 əlavə sərhəd-keçid məntəqəsi yerləşdirib. Bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov noyabrın 13-də Prezident V.Putinlə görüşdə məlumat verib.

Axar.az Moderator.az-a istinadla xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, məğlub qəsbkar ölkənin bəzi siyasi dairələri Rusiyanın ərazisində əlavə sərhəd-keçid məntəqələrinin yerləşdirilməsinin Ermənistanın suverenliyinə zidd olduğunu bildirərək buna etiraz edirlər.

Buna əsas kimi 1992-ci ildə Rusiya Federasiyası və Ermənistan Respublikası arasında “Rusiya Federasiyasının Ermənistan Respublikasında yerləşən sərhəd qoşunlarının statusu və onların fəaliyyət şərtləri haqqında” müqavilədə Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd qoşunlarının yalnız Türkiyə və İranla sərhəddə dayanmalı olduqları göstərilir.

Materialda sözügedən 5 sərhəd-keçid məntəqəsi və sonradan əlavə olunmuş daha bir məntəqənin Azərbaycanla sərhədin hansı hissələrində yerləşdirildiyi göstərilir və onların fotoları təqdim edilir.

Bəhs edilən Rusiya bazalarından biri Azərbaycanın Laçın rayonunun Zabux kəndi ilə həmsərhəd olan Ermənistanın Tex kəndində, ikinci və üçüncüsü Naxçıvanla sərhəddəki Erasx və Paruyr-Sevak kəndlərində, dördüncüsü Zəngilan rayonunun Sığırt yüksəkliyi ilə həmsərhəd ərazidə, beşincisi isə Mehri ilə İran sərhədində yerləşdirilib.

Ermənistan milli təhlükəsizlik xidmətindən mediaya verilən məlumata görə, bu yaxınlarda ölkə ərazisində 6-cı əlavə Rusiya bazası da yaradılıb. Söhbət Qubadlı rayonunun Eyvazlı kəndi yaxınlığındakı Karmrakan kəndi ərazisində - Gorus-Eyvazlı-Vorotan (əsl adı Bərgüşad)-Şurnux-Qafan avtomobil yolunun üzərində yerləşən rus postundan gedir.

Yəqin ki, tezliklə Kəlbəcər, Gədəbəy, Qazax, Tovuz rayonları ilə sərhədlərdə də rus qoşunları yerləşdiriləcək və bu minvalla Rusiya Ermənistan sərhədlərinin, demək olar ki, hamısına nəzarət edəcək.

Tarix
2021.01.24 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla