Yuxarı

Qarabağdakı proseslər diqqətlə müşahidə edilir - Maas

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağdakı proseslər diqqətlə müşahidə edilir - Maas

Azərbaycanla Ermənistan arasında baş vermiş müharibə ilk gündən sonadək Avropa Şurası Nazirlər Komitəsinin diqqətində olub, müharibədən sonrakı proseslər də diqqətlə müşahidə edilir.

Axar.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Hayko Maas AŞPA-nın qış sessiyasında bildirib.

"Avropa Şurası bölgədə sabitliyin bərqərar, sülh və tərəqqinin davamlı olmasında, qarşılıqlı əlaqələrin inkişafında çox maraqlıdır. Bu məsələni gələcəkdə də daim diqqətdə saxlamaq və irəliləyişinə töhfələr vermək istiqamətində səy göstərmək Nazirlər Komitəsinin, ümumilikdə Avropa Şurasının əsas məqsədlərindəndir", - Maas vurğulayıb.

Maas qeyd edib ki, əlbəttə, istənilən niyyətə çatmaq üçün dialoq vacibdir və belə bir dialoqun varlığı hər iki ölkənin maraqlarına cavab verir.

“Şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında əməkdaşlıq istiqamətində əldə edilən uğurlar bütün regionun da inkişafına təsir göstərəcək”, – nazir deyib.

Almaniyanın Nazirlər Komitəsinə sədrliyi müddətində bu problemi daim diqqətdə saxlayacaqlarını söyləyən Maas öz ölkəsinin də bölgəyə xüsusi marağının olduğunu, yaranmış yeni şəraitin əməkdaşlıq üçün yeni üfüqlər açdığını deyib.

Tarix
2021.01.27 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla