Yuxarı

Rusiya və Türkiyə Azərbaycanda bu işi görür - Perinçək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ münaqişəsinin monitorinqi üçün yaradılan Rusiya-Türkiyə Mərkəzi Cənubi Qafqazın yeni dönəminin başlaması deməkdir. Bu yeni dönəm avtomatik olaraq Minsk Qrupu dövrünə də son qoydu.

Bu barədə Axar.az-a tarix elmləri doktoru, İstanbul Universitetinin professoru Mehmet Perinçək deyib.

Onun sözlərinə görə, Rusiya-Türkiyə Moitorinq Mərkəzi Cənubi Qafqazın və Qarabağ məsələsinə yönəlmiş Qərb güclərinin müdaxiləsinə maneə törədəcək:

“Monitorinq Mərkəzi bölgənin taleyini sadəcə bu bölgə ölkələrinin formalaşdıracağını göstərir. Cənubi Qafqazın müdafiəsini ancaq coğrafi cəhətdən bu regiona daxil olan ölkələr təmin edəcək. Qərb ölkələrinin bu regionda sülhü təmin etmək imkanı yoxdur. Qərb Qafqaz regionunda sabitliyin və rifahın deyil, xaosun, qarşıdurmanın olmasını istəyirdi. Minsk Qrupunun fəaliyyəti də bunu açıq şəkildə göstərdi. 30 il boyunca MQ Qarabağ münaqişəsinin həllinə dair heç nə etməyib”.

Professor bildirib ki, Rus-Türk Birgə Monitorinq Mərkəzinin məqsədi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunana qədər davam edən prosesə nəzarəti həyata keçirməkdir:

“Yəni Türkiyə-Rusiya Mərkəzinin ortaq məqsədi Azərbaycanın ərazi bütövlüyünün problemsiz şəkildə təmin edilməsidir. Türkiyə ilə Rusiyanın bu cür təcrübəsi var, məsələn, Astana prosesi, Suriya münaqişəsi… Bu baxımdan hər iki ölkə kifayət qədər təcrübəlidir. Türkiyə və Rusiyanın bu prosesi ən yaxşı şəkildə icra edəcəyinə heç bir şübhəm yoxdur. Hər iki ölkənin mərkəzdəki fəaliyyəti yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçiriləcək. Bu əməkdaşlıq regional inteqrasiya baxımından da önəmlidir. Naxçıvan dəhlizinin açılması və Türkiyənin Azərbaycanla dəmir yolu ilə birləşməsi, bununla birlikdə Ermənistanın Azərbaycan torpaqları üzərindən İran və Rusiyaya açılması və türk dəmir yollarının rus dəmir yolları ilə birləşməsi bölgənin sülhü, sabitliyi baxımından böyük önəm kəsb edir”.

Ekspert bildirib ki, Türkiyə, Rusiya və Azərbaycanın yaratdığı bu təşəbbüs sadəcə Bakı, Ankara və Moskvanın deyil, bütün bölgənin ortaq maraqları baxımından vacibdir:

“Ermənistanla bu əməkdaşlıq “yol göstərmək” funksiyasını daşıyır. Onun Azərbaycan, Rusiya və Türkiyənin əməkdaşlığından kənarda qalması ölkənin özü üçün zərərli olacaq. Ermənistan Azərbaycan qarşısında öhdəliklərini yerinə yetirməli, Ankara və Bakıya yönəltdiyi düşmənçilik siyasətindən imtina etməlidir. İrəvan bunu yerinə yetirərsə, o zaman onun əməkdaşlıq çərçivəsində yer alması mümkün olacaq. Cənab Əliyevlə Ərdoğanın irəli sürdüyü 6 ölkədən ibarət platforma erməni xalqı üçün də fürsətdir, bunu qiymətləndirməlidirlər. Ermənistan ancaq bu platformada yer alaraq iqtisadi, sosial, siyasi problemlərini həll edə bilər. Erməni xalqının bu fürsəti qaçırmaması lazımdır”.

Tarix
2021.02.03 / 14:02
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Szinpin İlham Əliyevə başsağlığı verdi

Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...

Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm

Pezeşkian İlham Əliyevə zəng etdi

Ərşad Salehi Bağdaddakı səfirliyimizi ziyarət etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Təyyarəni ruslar vurub, sonra Xəzərdə batmağa “göndərib”?

Pilotun bunu etməsi möcüzədir! – Şepard

Təyyarə qəzasında həlak olan Ramin də stüard işləyirmiş - Foto

ABŞ Dövlət Departamenti Azərbaycana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla