Yuxarı

Sərkisyanın bu bəyanatı dövləti terrora çağırmaqdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyanın bu bəyanatı dövləti terrora çağırmaqdır

15:30

“İsgəndər”lərlə bağlı bütün müzakirələr Serj Sərkisyanla Nikol Paşinyan arasındakı daxili siyasi mübarizənin davamıdır. Müxalifət Paşinyanı hansısa yolla devirməyə çalışarkən Paşinyanla Sərkisyan elektorata üz tutub, mübahisə edirlər.

Axar.az xəbər verir ki, bunu məşhur rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko "Vestnik Kavkaza" nəşrinə açıqlamasında deyib.

“İsgəndər” əməliyyat-taktiki raket komplekslərinə aid bəyanatlar daxili siyasi proseslərdən kənara çıxır. Sərkisyan bu yaxınlarda verdiyi müsahibədə bəyan edib ki, raketləri Azərbaycanın neft və qaz infrastrukturunu məhv etmək üçün tətbiq etmək lazım idi. Bu, terror aktlarının keçirilməsinə çağırış kimi qiymətləndirilməlidir. “İsgəndər”in işə salınmasını təsdiq edən həm Sərkisyanı, həm də Paşinyanı qonşu ölkələrin ərazilərinə zərbələr endirmək üçün əməliyyat-taktiki komplekslərini işə salan Səddam Hüseynlə eyni tutmaq lazımdır”, - Korotçenko bildirib.

Onun sözlərinə görə, Paşinyan 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərinə zərbələr endirmək üçün digər əməliyyat-taktiki komplekslərin tətbiqinə dair əmr verib, Sərkisyan isə öz növbəsində Avropanın enerji təhlükəsizliyini təmin edən neft və qaz kəmərlərinin vurulmasından danışıb:

“Bu halda Avropa İttifaqı və onun strukturları Sərkisyanın bəyanatına diqqət yetirməli, onun beynəlxalq terrorçu kimi tanınması üçün qətnamə qəbul etməlidir. Zənnimcə, Rusiya gələcək hərbi-texniki əməkdaşlıq çərçivəsində Ermənistana moratorium tətbiq etməli, yəni bundan sonra erməni qoşunlarına həmin sinfin silahlarının göndərilməsini istisna etməlidir. Tanklar və avtomatlar Ermənistana daşına bilər, operativ-taktiki raket kompleksləri isə yox”, – deyə ekspert bildirib.

Ekspert qeyd edib ki, Ermənistan ordusu sözügedən raket kompleksinin istismarına və döyüş tətbiqinə siyasi və peşəkarlıq baxımından hazır deyil.

Tarix
2021.02.24 / 16:19
Müəllif
Xədicə, Fatimə
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla