Yuxarı

SOCAR-la DİN bu obyektlərin mühafizəsini müzakirə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji obyektlərinin mühafizəsini həyata keçirən Daxili İşləri Nazirliyi Baş Mühafizə İdarəsinin və SOCAR Təhlükəsizlik İdarəsinin rəhbər heyətləri arasında obyektlərdəki mühafizə xidmətinin etibarlılığının daha da artırılması ilə bağlı müzakirə aparılıb.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, Təhlükəsizlik İdarəsinin rəisi Füzuli Hacıyev və rəis müavinləri, DİN Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyev, aidiyyəti mühafizə idarələrinin rəisləri və SOCAR-ın Baş ofisin mühafizəsinin təşkili və hərbi səfərbərlik şöbəsinin rəisi Cavad Tinayevin iştirak etdikləri toplantıda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun və boru kəmərlərinin mühafizəsinin gücləndirilməsi, eləcə də SOCAR və DİN arasında əməkdaşlığın inkişafı və koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə olunub. İştirakçılar mövcud mühafizə şəraiti, texniki imkanlar və obyektlərin daha etibarlı mühafizəsinin təşkili ətrafında fikir mübadiləsi aparıblar.

Hazırda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsi müəssisənin mühafizə və təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyəyə qaldırılmasını tələb edir.

Cənubi Qafqaz regionunun yeganə neft emalı müəssisəsi olan Zavodda hər il 6 miyon tona yaxın neft emal edilərək, Azərbaycanın yanacaq və digər neft məhsullarına olan tələbatını təmin edir, məhsulun bir hissəsi isə ixrac olunur. Modernizasiya layihəsi nəticəsində 2022-ci ildən etibarən Avro-5 standartına cavab verən yanacaq məhsullarının istehsalına başlanılması planlaşdırılır. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu şirkətin Sumqayıtda yerləşən neft-kimya müəssisələrinin əsas xammal təchizatçısıdır. Qeyd olunan amillər müəssisənin mühafizəsinin və əməliyyatların təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılmasını şərtləndirir.

Tarix
2021.02.26 / 18:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla