Yuxarı

Təəssüflənirəm ki, Fransa Xocalı ilə bağlı... - Mişel Brən

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təəssüflənirəm ki, Fransa Xocalı ilə bağlı... - Mişel Brən

Xocalı soyqırımı Fransa mətbuatında da işıqlandırılmalıdır. Belə faciəvi hadisəyə insan haqlarına önəm verən Fransa və onun mətbuatı biganə qalmamalıdır. Ancaq təəssüf olsun ki, Fransa mətbuatı erməni lobbisinin təzyiqləri altındadır.

Axar.az xəbər verir ki, bu fikirləri Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edən Fransanın “Musulmansenfrance” portalının təsisçisi Jan-Mişel Brən Azərtac-a bildirib.

“Təəssüflənirəm ki, Fransa mətbuatında erməni lobbisinin təzyiqləri nəticəsində Xocalı, eləcə də Qarabağ hadisələri olduğu kimi işıqlandırılmır. Təcavüzkarı qurban kimi təqdim edirlər. Halbuki, reallıq belə deyil.

Jurnalımız, eləcə də portalımız Qarabağda baş verən hadisələrə dair həqiqətləri olduğu kimi işıqlandırmaq, Azərbaycanla bağlı yaradılmış saxta mühiti dağıtmaq istəyir. Həmçinin biz Azərbaycanın Qərbdə daha yaxından tanınmasına çalışır və bu istiqamətdə səylərimizi davam etdiririk. Portalımız vasitəsilə Azərbaycan həqiqətlərini Qərbdə yayırıq. Son aylarda “Musulmansenfrance” portalında Azərbaycan reallıqları ilə bağlı, eləcə də işğaldan azad olmuş Qarabağdakı vəziyyət barədə onlarla məqalə dərc edilib və bu iş davam edəcək. Azərbaycanla bağlı məlumatlardan ibarət elektron kitab hazırlamaq niyyətindəyik", - deyə Brən deyib..

Tarix
2021.02.27 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla