Yuxarı

2014-cü ildə dünya əhalisinin sayı 7 milyard olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
2014-cü ildə dünya əhalisinin sayı 7 milyard olacaq

2014-cü il yanvarın 1-nə dünya əhalisinin sayı təxminən 7 milyard 202 milyon 951 min nəfər olacaq. Bu barədə Almaniyanın Hannover şəhərində yerləşən Dünya Əhalisi Fondu Beynəlxalq təşkilatı məlumat verib.

Statistikaya görə, planetimizdə hər saniyədə 2,7 uşaq doğulur. Bu göstərici 2013-cü ildə dünya əhalisinin 80 milyon nəfər artacağını deməyə əsas verir. Bu artım bütövlükdə Almaniyanın əhalisinin sayına bərabərdir.

Məlumatda o da bildirilir ki, dünya əhalisinin artımı əsasən inkişaf etməkdə olan ölkələrin payına düşür. Cari ildə dünyada 20 milyon uşaq qeyri-düzgün ailə planlaması və arzuolunmaz hamiləlik nəticəsində doğulub.

Əgər dünyada bir kənd olsaydı və həmin kənddə cəmi 100 nəfər yaşasaydı, onlardan 15 nəfəri afrikalı, 5 nəfəri şimali amerikalı, 10 nəfəri avropalı, 9 nəfəri latın amerikalı, 1 nəfəri okeaniyalı və 60 nəfəri isə asiyalı olardı.

Qeyd edək ki, proqnoza görə, yaxın onilliklərdə Avropa və Asiyada əhali artımı aşağı düşəcək, Afrikada isə bu göstəricilər 15-25 faiz arasında yüksələcək (Azərtac).

Tarix
2013.12.29 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla