Yuxarı

Siyavuş Novruzovun profili saxta çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siyavuş Novruzovun profili saxta çıxdı

"Sosial şəbəkələrdə - Feysbukda, istərsə də Tvitterdə, o cümlədən digərlərində heç bir ünvanım, hesabım, yaxud da profilim yoxdur. Mən ümumiyyətlə, sosial şəbəkə istifadəçisi deyiləm".

Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son günlər sosial şəbəkələrdə onun adından verilən fikirlərə münasibətini bildirərkən deyib.

YAP İcra katibinin müavini qeyd edib ki, əgər onun hər hansı bir açıqlaması, bəyanatı, müraciəti olarsa, həmin fikirlərini yalnız mətbuat vasitəsilə ictimai rəyə çatdırır:

"Azərbaycanda kifayət qədər mətbuat orqanı fəaliyyət göstərir. Bu və ya digər məsələlər barədə kim fikrimi öyrənmək istəyirsə, mətbuat vasitəsilə müraciət edir və maraqlandırılan suallara mənim tərəfimdən kfayət qədər dolğun cavab alır. Ona görə də sosial şəbəkələrdə adımdan hər hansı "rəylər", "qeydlər" olursa, hər kəs 100 faiz əmin olsun ki, bu saxtakarların işidir. Biriləri adımdan saxta profil düzəldərək kimlərinsə maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu barədə bir ölçü götürüləcək".

Qeyd edək ki, Siyavuş Novruzova məxsus olduğu iddia edilən saxta Feysbuk profilində qəbul imtahanlarında göstərilən aşağı nəticələrə görə Təhsil naziri Mikayıl Cabbarovu ittiham edilmiş, nazir "özünü təsdiqləyə bilməməkdə və təhsil strukturlarında yer alan xaosu ram edə bilməməkdə" günahlandırılmışdı.

Tarix
2015.06.05 / 16:01
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla