Yuxarı

Şeyx Özoralla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Ərkan Özoralı diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.

QMİ-nin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səfiri səmimi salamlayan A.Paşazadə Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq, ali səviyyədə əməkdaşlığın "Bir millət-iki dövlət" prinsipinə uyğun mövcud səviyyəsindən məmnunluğunu ifadə edib, möhtərəm dövlət başçılarımız – Zati-aliləri Rəcəb Tayyib Ərdoğan və Zati-aliləri cənab İlham Əliyevin qardaş əlaqələrinin dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun yüksələn xətlə inkişafının qəlblərimizə fəxarət və qürur yaşatdığını dilə gətirib.

Şeyxülislam A.Paşazadə qardaş ölkə olan Türkiyənin böyükelçisi olan cənab Ərkan Özoralı Azərbaycanda fəaliyyətdə olduğu müddət ərzində məhz qardaş qismində qəbul etdiyini, səfirin bütün fəaliyyətinin bunun bariz nümunəsi olduğunu xüsusi qeyd edib. QMİ sədri cənab səfirin Azərbaycanın şanlı Vətən müharibəsi zamanı qardaş Türkiyə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. Türkiyə-Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğundan qürur duyduğunu bildirən Şeyxülislam A.Paşazadə səfirə bu istiqamətdə səylərinə görə təşəkkür edib.

Cənab Ə.Özoral qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir kimi fəaliyyətindən dərin məmnunluğunu, buradakı insanlarla ünsiyyətlərini heç bir vaxt unutmayacağını, tanınmış, nüfuzlu dini lider olan Şeyxülislam Allahşükür Paşazadə ilə münasibətlərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb. O, Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin qardaş Türkiyə dövləti üçün də zəfər olduğunu qeyd edərək, bu şərəfli dövrdə səfir olmaq taleyindən qürur və xoşbəxtlik duyduğunu ifadə edib.

Şeyxülislam A.Paşazadə cənab səfiri Azərbaycan Respublikasının yüksək mükafatı – "Dostluq" ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edib, cənab Ə.Özorala gələcək fəaliyyətində uğurlar diləyib, hər zaman azərbaycanlıların qəlbində özəl yeri olacağını xüsusi vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə qarşıdan gələn Ramazan ayının Azərbaycan və Türkiyə xalqları, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar edib, ən xoş arzularını bildirib.

Tarix
2021.04.12 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla