Yuxarı

Arkov: Çürük erməni təxəyyülü: acından ölür, amma... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:27

Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi yaratmaq üçün Azərbaycana şərait yaradılması ötən ilin noyabr və bu ilin yanvar aylarında Moskvanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında aparılan danışıqların əsas məqamlarından biri idi. Bu məlumat Ermənistan ilə de-yure Azərbaycan ərazisi arasında Laçın dəhlizinin mövcudluğuna cavab kimi müzakirə olunub.

Bu sözləri Axar.az-a beynəlxalq münaqişələr üzrə ekspert, rusiyalı politiloq Vitali Arkov bildirib.

“Yəni, biz görürük ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirir – Laçın dəhlizi fəaliyyət göstərir. Bakı yalnız Ermənistan məmurlarının və deputatlarının, həmçinin xarici siyasətçilərin Azərbaycan ərazilərinə səfərlərinin razılaşdırılmasını tələb edir. Və bu tamamilə məntiqlidir.

Amma göründüyü kimi, Ermənistan yenə də “öz repertuarındadır”. Bu ölkə öz öhdəliklərinin yerinə yetirilməsini istənilən bəhanə ilə uzadır və Azərbaycana Naxçıvan MR-ə yerüstü dəhlizin formalaşdırılmasına imkan vermir. Amma buna qarşı çıxan ermənilər anlamırlar ki, bu, İrəvana strateji tərəfdaşları olan Rusiya və İranla dəmir yolu əlaqələri əldə etməyə imkan verəcək. Axı bu, boğulan Ermənistan iqtisadiyyatının dirçəldilməsi üçün ciddi impuls olacaq”, - deyə müsahibimiz vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanda Zəngəzur dəhlizinin əleyhdarlarını şərti olaraq iki yerə bölmək olar:

“Birincilər Azərbaycanla istənilən dialoqun əleyhinə çıxış edən və revanş üçün yeni müharibəyə çağıran “uvorot” radikallardır. Əslində, söhbət özgə torpaqlarını ələ keçirməkdən gedir.

İkinci tiplər isə müharibə istəmir, lakin bəyan edirlər ki, Zəngəzur dəhlizi ilk növbədə Azərbaycan və Türkiyənin maraqlarına cavab verəcək.

Müəyyən dərəcədə ikincilər haqlıdır, amma onlar da dar düşüncəyə malikdir. Yəni onlar Azərbaycan ilə birlikdə inkişaf etməkdənsə, ölməyi tərcih edirlər. Əsl çürük təxəyyül!”

Ekspert xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə yeni nəqliyyat dəhlizlərinin onun ölkəsinin iqtisadiyyatına əlavə artım verəcəyini deyir:

“Azərbaycam liderinin sözlərinə əsasən, bu, həm Rusiya, Türkiyə və İran iqtisadiyyatlarına da əlavə impuls olacaq. Əliyev qeyd edib ki, Ermənistan da bu nəqliyyat dəhlizlərindən istifadə etmək imkanına malik olacaqdır.

Çünki Bakı qəti qərarlıdır və nəzərdə tutulandan geri çəkilməyəcək!

Hələliksə, Zəngəzur dəhlizi məsələsində İrəvanın hazırkı mövqeyinə baxanda bir məsələ yadıma düşür: “Mənim inəyim acından ölsün, amma qonşumun iki inəyi olmasın”.

Tarix
2021.04.21 / 15:21
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla