Yuxarı

Ceyhun Bayramov Asavbayevlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov Asavbayevlə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov həmsöhbətinə münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən nəqliyyat sahəsində yaranan imkanları barədə ətraflı məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasından danışmağın mümkün olduğunu söyləyən nazir, o cümlədən nəqliyyat və kommunikasiya xətlərinin açılmasının nəzərdə tutulduğu 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci üçtərəfli bəyanatlarının icra edilməsinin əhəmiyyətini vurğulayıb. Ceyhun Bayramov bölgənin uzun müddətli iztirablardan keçdiyini və dayanıqlı sülhə ehtiyac duyduğunu qeyd edib və bu xüsusda, bölgə ölkələri tərəfindən həyata keçiriləcək birgə iqtisadi və nəqliyyat layihələrinin sülhü dönülməz edəcəyini səsləndirib.

Baş katibi Aset Asavbayev Azərbaycan xalqını münaqişənin bitməsi və post-münaqişə mərhələsinə qədəm qoyması münasibətilə təbrik edib. Bu mərhələdə nəqliyyat xətlərinin genişləndirilməsi yolu ilə böyük layihələrin həyata keçirilməsi üçün TRACECA qarşısında geniş imkanların açıldığı vurğulanıb. Baş katib Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə razılaşma, daimi katibliyin fəaliyyəti, ötən il üzrə fəaliyyətin nəticələri və irəli sürülən yeni təşəbbüslər, habelə fəaliyyət coğrafiyasının genişlənməsi, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlərlə bağlı məlumat təqdim edib.

Tərəflər, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin “TRACECA” fəaliyyətinin regional və beynəlxalq müstəvidə dəstəklənməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinə razılıq ifadə ediblər.

Tarix
2021.05.06 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazir Milli Məclisin iclasında iştirak edir

Ərdoğanın Ermənistana Azərbaycan şərti... - Safrastyan

Pezeşkian Azərbaycanla bağlı bu tapşırığı verib...

İranın Afrikadakı casus şəbəkəsi - Çad ifşa etdi

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla