Axar.az
Yuxarı

Axar.Az Logo

Sərhəddə gərginliyin arxasında hansı plan ola bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun işğal dövründə Ermənistanın qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etməsi rəsmi İrəvan tərəfindən gərginlik ocağına çevrilir. Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı, Ermənistan XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrova, ATƏT-in fəaliyyətdə olan sədrinə zəng etdi, daha sonra rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına “dövlət sərhədimizə müdaxilə var” iddiası ilə müraciət ünvanladı.

İrəvanın zəng trafikinin ardınca Lavrovla Ceyhun Bayramov məsələni müzakirə etdi, Bayramov ATƏT sədri Ann Linde ilə də eyni mövzuda danışdı.

Baş verənlər suallar yaradır və diqqəti prosesin təkcə İrəvandan idarə olunmadığı fikrinə yönəldir:

- Dövlət sərhədinin bərpa edilməsi ilə bağlı şifahi razılaşmalar var, Ermənistan niyə indi məsələni bu qədər gərginləşdirdi?

- Bütün bunların Lavrovun bölgəyə səfərindən sonra olması təsadüfdürmü?

- Ermənistanın KTMT-yə müraciətini əslində necə oxuya bilərik?

Gərginliyin yaradılmasının Ermənistan hakimiyyətinin maraqları kontekstində birdən çox səbəbi görünür:

a) Müharibədən sonra dövlət sərhədinin bərpası ilə razılaşan Paşinyan seçkilərə getdiyi vaxt Ermənistan cəmiyyətində ajiotaj yaradan bu məsələdə geri çəkilmək istəmir və prosesin sonunda istədiyinə nail ola bilməsə belə, ən azından çalışdığını göstərə biləcək;

b) Sərhədin bərpası qaçılmaz olacaqsa, KTMT-yə müraciət nəticəsiz qalacaq, lakin Paşinyan bundan seçki öncəsi Rusiyaya sığınan əsas rəqiblərinə qarşı istifadə edə bilər;

c) KTMT-yə müraciət nəticə verməyəcəksə, Nikol seçkidən sonra bu faktı Rusiyadan uzaqlaşmaq üçün səbəb kimi göstərə bilər.

Lakin gərginliyin Lavrovun bölgəyə gəlişindən dərhal sonra yaşanması və məsələnin KTMT-nin gündəliyinə çıxarılması prosesdə rusların izinə diqqət çəkir. Mümkündür ki, Rusiya xarici işlər naziri regiona səfərində, xüsusilə Bakıda istəyinə nail ola bilmədi, görüşdə səslənən fikirlər və rəsmi Bakının mövqeyi də bu fikri gücləndirir. Və Rusiya bölgədə zəifləyən təsir vasitələrini gücləndirmək üçün yeni gərginlik ocağı yaradır və bunun dövlət sərhədində olmasının uzaqmənzilli hədəfləri var:

1. 30 il ərzində Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün istifadə edən Rusiyaya yeni münaqişə ocağı, ən azı mübahisəli məsələ lazımdır. Üçtərəfli razılaşmalar və Azərbaycanın israrlı mövqeyi Qarabağda sülhməramlıların nəzarətindəki bölgələrin uzunmüddətli perspektivdə rıçaq olaraq istifadə etməyi çətinləşdirir.

2. Niyə Laçın-Gorus sərhədindəki Qaragöl hövzəsi? İstisna deyil ki, Lavrov sərhədlərin demarkasiyası məsələsini İrəvanda və Bakıda müzakirə edib və İrəvanda Ermənistanın, Bakıda Azərbaycanın mövqeyinə uyğun mövqe sərgiləyib. Bu, həmin bölgədə hər iki tərəfi öz mövqeyində israrlı olmağa həsəvləndirmək gedişi ola bilər. Rusiya yaxşı bilir ki, bu bölgə SSRİ vaxtında da mübahisəli ərazi olduğu üçün iki ölkə tərəfindən müştərək qərarla qoruq kimi istifadə edilirdi. İndi bu bölgə Azərbaycan və Ermənistan sərhədində mübahisəyə çevrilə biləcək ən optimal ərazilərdən biri ola bilər.

3. Yeni mübahisənin dövlət sərhədində yaradılması, prosesə KTMT-nin qoşulması Qarabağdan fərqli olaraq, məsələnin hərbi yolla həllini çətinləşdirir və bu, Rusiyanın “hakim” roluna şərait yaradan amildir.

4. Prosesə KTMT-nin qoşulması həm də təşkilata üzv olan türkdilli ölkələri Bakı və Ankara ilə münasibətdə çətin vəziyyətə sala, Rusiyanın “zəif qarnı” olan Mərkəzi Asiyada güclənən türk birliyinin önündə maneələr yarada bilər.

Lavrovun gedişindən sonra sərhəddə yaranmış gərginlik və Ermənistanın KTMT-yə müraciəti Paşinyanın seçki planından daha çox, 30 ildə ilk dəfə Cənubi Qafqazda mövqeləri bu qədər zəifləyən rusların oyunu kimi görünür.

Tarix
2021.05.14 / 01:31
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Köçəryanın sərsəm iddiası: Hadrutu alacam, Şuşanı isə...

10 noyabr bəyanatından imtina etsək... - Marukyan

Hüseynovun kürəkəni generalla mübahisə edib, işdən çıxdı

Nikol inadı qırdı, mina xəritəsini verdi və... - Kuznetsov

Xəritələrin yalnız kiçik hissəsini vermişik - Nikol

Rus qazı ilə bağlı Baydenlə həmfikirəm - Merkel

Bakı metrosunda Avro-2020 ilə bağlı sosial posterlər

Mehriban Əliyeva Avro-2020 ilə bağlı paylaşım etdi

Gürcüstan tarixi vasitəçi roluna qayıtdı - Zurabişvili

Ərdoğanın Şuşaya səfəri üçün hazırlıq gedir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla