Yuxarı

Avropa İrəvana nəzarəti gücləndirir - Məhkəmə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa İrəvana nəzarəti gücləndirir - Məhkəmə

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk günündə Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Bosniya-Hersoqovinanın xarici işlər naziri İqor Crnadak çıxış edərək komitənin fəaliyyəti barədə Assambleya üzvlərinə hesabat verib və avropalı parlamentarların suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva AŞPA Nazirlər Komitəsi sədrini Avropa Məhkəməsinin azərbaycanlı köçkünlərlə bağlı qərarının yerinə yetirilməsi üçün Ermənistana təzyiqə çağırıb.

O, xüsusilə iyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatasının "Çıraqov və başqaları Ermənistana qarşı" adlı şikayət ərizəsi üzrə qərar çıxarılmasına diqqət çəkib.

AŞPA Nazirlər Komitəsi sədri İqor Crnadak AŞNK-nin prosedur qaydaları üzrə AİHM-nin bu qərarlarının da icrasına nəzarət edəcəyini bildirib.

"Bu işlər Dağlıq Qarabağ münaqişəsi zamanı qaçqın və məcburi köçkün düşmüş insanların şəxsi əmlakı ilə əlaqədardır. Məhkəmə də bu şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının pozulduğunu bildirərək, məsələnin məhkəmə yolu ilə həll edilməsi üçün qərarlar verib ki, hər ölkə qaçqın və məcburi köçkünlərin əmlakı ilə bağlı xüsusi mexanizmlər işləyib hazırlasın. Nazirlər Komitəsi isə öz növbəsində təbii ki, məhkəmə qərarlarının icra edilməsi istiqamətində öz nəzarət fəaliyyətini aparacaq. Əlbəttə, bizim sədrliyimiz də məsələnin nəzarətinə xüsusi diqqət ayıracaq".

Tarix
2015.06.23 / 00:24
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla