Yuxarı

"Xoşbəxtlikdən, seçkilərə buraxılmadım..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Xoşbəxtlikdən, seçkilərə buraxılmadım..."

Kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Rusiya nəşri "The New Times"a müsahibə verib.

Avropa.info xəbər verir ki, o, müsahibəsində Azərbaycandan niyə didərgin düşməsindən və başqa ilginc məqamlardan danışıb

O, ermənilərlə düşmən olmadığımızı, mütləq barışacağımızı bildirib: "Azərbaycanda çoxlarına mənim baxışlarım xoş gəlmir. Ancaq mən səmimi qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər. Və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm".

R.İbrahimbəyov Krımın Rusiyaya birlışdirilməsi ilə bağlı danışarkən də maraqlı və ilginc fikir sərgiləyib: "Uşaqlıda Tolstoyun "Sevastopol hekayələri"ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır. Bu torpaqlar Xrüşşov dövründə Ukraynaya keçib. SSRİ dağılanda Yelstin bu məsələni həll etmədi, hərçənd kifayət qədər sadə və münaqişəsiz şəkildə buna nail ola bilərdi. Sonra uzun müddət nədənsə heç kim bundan narahat olmadı. Və birdən geosiyasi situasiyanın özəlliklərini nəzərə almadan məsələni sürətlə yoluna qoydular. Nəticədə insanlar həlak olur".

Kinossenarist Azərbaycandakı prezident seçkiləri ərəfəsində onun qarşısında konkret şərt qoyulduğunu da etiraf edib: "Mənə şərt qoyulmuşdu ki, prezident seçkilərində müxalifətin vahid namizədi olum. Ancaq Rusiya vətəndaşı olduğum üçün seçkilərə xoşbəxtlikdən buraxılmadım..."

Milli Şuranın fəxri sədri 2007-ci ilədək Azərbaycan hakimiyyəti ilə normal münasibətlərinin olduğunu da xatırladıb və təəssüflə bildirib ki, indi onun üçün Bakıya qayıtmaq təhlükəlidir: "Bir dəfə məni ölkə girişində 4 saat, çıxışında 2 saat saxladılar. Və mən başa düşdüm ki, növbəti dəfə məni sadəcə, ölkədən buraxmaya bilərlər".

Tarix
2015.06.23 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla