Yuxarı

“Bu, belə bir qıcığa çevrilibsə, deməli...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu, belə bir qıcığa çevrilibsə, deməli...”

"Əslində ölkəmizə qarşı bu cür təzyiqlər daha çox Almaniyanın özünə böyük ziyan gətirəcək".

Bu barədə Axar.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib. Millət vəkili deyib ki, Azərbaycanla hədə-qorxu dilində danışmaq heç kəsə uğur qazandırmayacaq:

"Burada söhbət bütövlükdə Almaniyanın Azərbaycana qarşı olmağından getmir. Bir qrup erməni diasporu və uğurlarımızdan qıcıqlanan qüvvələrin köməyi ilə Azərbaycana qarşı demokratiya və insan hüquqlarından bir vasitə kimi istifadə etməyə çalışırlar. Əslində, bu cür təzyiqlər daha çox Almaniyanın özünə böyük ziyan gətirəcək. Azərbaycan isə müstəqil siyasət həyata keçirən bir ölkə olaraq bu cür təzyiqlərə hər zaman tab gətirməyə hazırdır. Azərbaycanla hədə-qorxu dilində danışmaq heç kəsə uğur qazandırmayacaq. Hazırkı ərəfədə davam edən bu cür təzyiqlər əslində Oyunların uğurla keçirilməsinə bir dəlalətdir. Bu amil belə bir qıcığa çevrilibsə, deməli, I Avropa Oyunları çox uğurla həyata keçirilir, eyni zamanda, ölkəmizi və mədəniyyətimizi dünyaya çatdırmaq üçün bütün zəruri işlər artıq görülüb. Azərbaycan artıq öz məqsəd və istəyinə demək olar ki, çatıb".

Qeyd edək ki, bu gün "Azərbaycan" qəzetində Almaniyaya həsr olunmuş məqalə dərs olunub. Məqalədə Almaniyanın Azərbaycana qarşı yürütdüyü siyasət tənqid edilir.

Tarix
2015.06.24 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla