Yuxarı

II Qareginin Xankəndiyə səfərini pisləyən bəyanat...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
II Qareginin Xankəndiyə səfərini pisləyən bəyanat...

İSESKO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tüveycri Ermənistanın katolikosu II Qareginin Xankəndiyə səfərini və onun intiqam şüarlarını səsləndirməsini pisləyən bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda dini bir qurumun sülhə çağırmaq əvəzinə nifrət və müharibə dilini seçməsi, erməni kilsəsinin tolerant və çox mədəniyyətli Azərbaycandakı xristian dini yerlərinin guya təhdid altında olduğuna dair yalan məlumatlar yaymasının təəssüf doğduğu qeyd olunub:

"Bu, tamamilə yalandır, çünki ibadət azadlığı Azərbaycanın şərəfli bir xüsusiyyətidir. Mən Azərbaycanda kilsələrə və sinaqoqlara necə hörmət edildiyini və onların necə qorunduğunu görmüş beynəlxalq rəsmilərdən biriyəm. Tolerant siyasətinə görə hər zaman Azərbaycana və onun rəhbərliyinə təşəkkürümü bildirmişəm. Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Cənubi Qafqazın mədəni irsinin bərpası və qorunması üzərində fəal işləyirik. Erməni işğalından azad edilmiş ərazilərdə salamat və təhqir edilməyən bir məscid, bir İslam dini abidəsi qalmadığı vaxtda Ermənistanın dini qurumları bu saxta ittihamları səsləndirir. Döyüşkən ritorika və davranış bölgə insanları arasında inam və harmoniya mühiti yaratmağa kömək etmir, əksinə daha çox ifratçılığı və nifrəti təhrik edir. Sülh, yaxşı qonşuluq və birgəyaşayış çağırışları əvəzinə ölüm, işğal, işgəncə və şiddət çağırışları dini dəyərlərə ziddir".

Tarix
2021.06.10 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır

Liderlər İlham Əliyevi təbrik edir

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

Bayramov missiyası başa çatan Andreyevanı qəbul etdi

FHN “Açıq qapı günü” tədbiri keçirdi - Video

Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...

Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi

Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video

Bakıda mühüm iclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla