Yuxarı

15 erməninin azad edilməsini alqışlayırıq - Blinken

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 erməninin azad edilməsini alqışlayırıq - Blinken

ABŞ Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini və onların ailələrinə qayıtmasını alqışlayır. Biz həmçinin Ermənistanın Azərbaycana ərazilərin minalardan təmizlənməsini asanlaşdıracaq və gələcəkdə itkilərin qarşısını alacaq vacib məlumatı təqdim etməsi barədə qərarını da təqdir edirik.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenindən verilən məlumatda bildirilib.

Dövlət katibi Entoni Blinken prosesdə oynadığı mühüm rola görə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və hökumətə minnətdarlıq edib:

"Gürcüstanın addımları bölgə xalqlarının layiq olduqları dinc və firavan gələcəyi yaxınlaşdırmağa xidmət edir".

Onun sözlərinə görə, ABŞ əlavə əməkdaşlıq üçün zəmin olacaq bu cür addımları dəstəkləməkdən məmnundur:

“Biz bütün saxlanılan şəxslərin qaytarılmasına çağırış etməkdə davam edirik və bölgə ölkələrinin əməkdaşlığı davam etdirmək və aralarındakı həll olunmamış məsələlərin aradan qaldırılmasındakı səylərində kömək etməyə hazırıq. Biz, həmçinin Ermənistan və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında münaqişənin hərtərəfli siyasi həlli istiqamətində substantiv danışıqları bərpa etməyə çağırırıq”.

Tarix
2021.06.12 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla