Yuxarı

Seçim günü gəldi: Paşinyan necə qalib gələcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda “sükut günü” qarşılıqlı ittihamlarla keçdi: müxalifət və hakimiyyət bir-birini təbliğat qaydalarını pozmaqda, saxta bülletenlərin hazırlanmasında ittiham edir.

Bu, seçki günü və sonrakı mənzərənin başlanğıcıdır:

- Qutudan nə çıxmasından asılı olmayaraq, tərəflərdən biri nəticəni tanımayacaq;

- Seçki məntəqələri bağlanandan sonra İrəvan küçələrində etirazlar və qarışıqlıq qaçılmazdır.

Qutudan çıxa biləcək iki ssenari var:

Birinci: Paşinyanın hökuməti təkbaşına formalaşdıracaq səs faizi;

İkinci: Parlament müxalifəti (Çiçəklənən Ermənistan, İşıqlı Ermənistan partiyaları) ilə koalisiya hökuməti qurmaq;

Hakimiyyət hədəfinin 50+ faiz olduğunu açıq şəkildə bəyan edib və təkbaşına hökumətin formalaşdırılması Paşinyana müharibədən sonra itirdiklərini və rəqiblərini “əzə bilmək” gücünü qazanmağa imkan verir. Hərçənd, indiki situasiyada təkbaşına hökumət formalaşdırmaq Nikol üçün taxtını saxlamağa da risklər yarada bilər, bu baxımdan, ikinci ssenari daha çox mümkün görünür.

1. Qutudan təkbaşına hökumət quracaq qədər səs çıxararsa, küçə iğtişaşlarının qarşısını almaq çətin olacaq;

2. Parlament müxalifəti ilə koalisiyaya getmək Rusiyanın da istəyinə uyğundur: Moskva 2018-ci ildə Qərbin gəlişinin qarşısını ala bilməyəndə “Çiçəklənən Ermənistan”ın ana müxalifət olduğu parlamentlə razılaşdı, indi yenə eyni qüvvələrlə Paşinyan hakimiyyətinin seçkidən sonra anti-Rusiya siyasətinə qarşı müdafiə xətti yarada bilər; üçtərəfli razılaşmaların icrası və sərhədlə bağlı yeni müqavilənin imzalanması üçün ruslara Paşinyan lazımdır, amma təkbaşına güc olaraq yox;

3. Koalisiya hökuməti Paşinyana seçkidən sonra sərhəd müqaviləsi və Qarabağ məsələsində atacağı addımlarda məsuliyyəti təkbaşına üzərinə götürməmək, gələn təzyiqləri bölmək üçün sərf edə bilər;

Nikol Paşinyanın növbədənkənar parlament seçkilərini təyin etməmişdən öncə Qagik Çarukyan (Çiçəklənən Ermənistan) və Edmon Marukyanla (İşıqlı Ermənistan) görüşməsi, onlardan baş nazir postuna namizəd irəli sürməyəcəklərinə dair vəd aldıqdan sonra 20 iyunu seçki günü elan etməsi də bu partiyalar arasında koalisiya hökuməti ilə bağlı gizli razılaşmanın olduğu fikrini gücləndirir.

Paşinyanın əlini gücləndirən amillər də seçkidə həlledici rol oynaya bilər:

- İnzibati resurslar hakimiyyətin əlindədir;

- Qərbin mövcud hakimiyyətə dəstəyi seçkiyə müdaxilə ilə bağlı mümkün təzyiqləri zəiflədir;

- Müxalifət vahid deyil və bu, seçkidən sonra etirazların miqyasına da təsir edə bilər: son rəy sorğularına görə, üçüncü yerdə olan Serj Sərkisyanın “Şərəf Duyuram” bloku Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunu seçki məntəqələrinə öncədən bülleten gətirməkdə ittiham edir; 4 siyasi blok, 21 partiyanın seçkidə ayrılıqda iştirakı müxalifətin səsini parçalayır və seçkinin nəticələrinə etiraz üçün birləşəcəyi imkanlarını azaldır;

Əsas sual: Köçəryan nə olacaq?

1. Köçəryanın təkbaşına hökuməti formalaşdıracaq səs toplaması çətindir. Təkcə ona görə yox ki, bu qədər elektoratı yoxdur, həm də Paşinyan inzibati resurslarla buna imkan verməyəcək.

2. Köçəryanın digər müxalifət partiyaları və siyasi bloklarla da münasibətləri isti deyil: bu, onun digər partiyalarla birləşib koalisiya hökuməti formalaşdırmaq imkanını da azaldır;

3. Köçəryanın missiyası var: parlamentə düşmək və müxalif cameədə əsas qüvvə olmaq (bu, ana müxalifət demək deyil): Rusiya Robertdən davamlı təzyiq rıçağı olaraq istifadə edəcək;

Artıq ermənilər üçün “böyük seçim” başlayıb və hər kəs bir fikirdə ortaqdır: gün maraqlı olacaq...

Tarix
2021.06.20 / 14:44
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla