Yuxarı

Putin “kompromis” dedikdə nəyi nəzərdə tuturdu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya yeganə ölkədir ki, bu ölkənin prezidentinin dəvətiylə həm Ermənistanın baş naziri, həm də Azərbaycanın prezidenti Moskvada müzakirə aparmağa razıdır. Kreml sahibi də bu mövqeyindən istifadə edir.

Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Prezident İlham Əliyevin Moskva səfəri ilə bağlı qeyd edib.

O bildirib ki, parlament seçkisində qələbə çalan Nikol Paşinyan Moskvaya dəvət edildi, bunun ardınca isə ötən gün İlham Əliyevin səfəri baş tutdu:

“Qurban bayramı münasibətilə İlham Əliyevi təbrik edən Vladimir Putin gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklərini xatırlatdı. İqtisadi münasibətlərdən məmnun qaldığını deyən Kreml sahibi bölgədəki fikirlərini belə ümumiləşdirdi: “Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”.

Söhbət hansı kompromislərdən gedir?

Azərbaycanın ən böyük kompromisi odur ki, müharibədə məğlub olan Ermənistana sülh sazişini qəbul etdirmək üçün İrəvana təzyiqi artırmır. Qalib kimi tələblərimizin siyahısı bəllidir: Laçın dəhlizi nəzarətimizə keçməli, Qarabağdakı separatçılar tərksilah olunmalı, Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycana qaytarılmalı, Zəngəzur dəhlizinin işə düşməsi üçün addımlar atılmalıdır. Azərbaycanın bir başqa kompromisi odur ki, atəşkəsi pozan – Ağdama, Şuşaya, Kəlbəcərə, Tovuza atəş açan Ermənistanı “Dəmir yumruq” əməliyyatını davam etdirməklə cəzalandırmır. Nikol Paşinyan razılaşmaların əksinə olaraq nəqliyyat dəhlizinin açılmasını da yubadır. Ancaq Azərbaycan üçün “kompromis”in həddi var”.

İlham Əliyevin görüşdə dediyi “Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq” – sözlərinə diqqət çəkən politoloq vurğulayıb ki, bu, Bakının Nikol Paşinyanın imzaladığı bəyanatların yerinə yetirilməsi üçün Rusiyanın aktivləşməli olduğuna dair tələbidir:

“İlham Əliyev bu fikrini bildirərkən, bir neçə dəfə “münaqişədən sonrakı dövr” ifadəsini işlətdi. Azərbaycan üçün münaqişədən sonrakı dövr sülh sazişinin imzalanması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, sərhədlərin müəyyənləşməsi və Qarabağdakı fəaliyyətimizin davamı deməkdir”.

Politoloqun fikrincə, Azərbaycanın əsas hədəfi odur ki, Ermənistanla sərhəd müəyyənləşməsinə Rusiya mane olmasın:

“Növbəti hədəfimiz isə Qarabağın tamamında qayda-qanun yaratmaq olacaq. Bunu bölgədə yerləşən rusiyalı hərbçilər etməyəcəklər, özümüz edəcəyik”.

Tarix
2021.07.21 / 12:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla