Yuxarı

Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov

Bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunaraq istintaqa cəlb olunması barədə sosial şəbəkələrdə müzakirələr aparılmaqdadır. Əli Kərimlinin həbsinin olduqca ağır ittihamlarla ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur. Bu isə artıq dedi-qodu deyil.

Axar.az xəbər verir ki, bu sözləri sabiq səhiyyə naziri, HƏP sədri Əli İnsanov AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı qeyd edib.

“Xatırlatmaq yerinə düşər ki, illər öncə Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer almışdır. Xüsusilə son illər Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yüksək peşəkarlıqla aşkarladığı və bütün hallarda qabaqlayıcı tədbirlərlə Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı istər ölkə daxilində, istərsə də ölkə xaricində planlaşdırılmış ağır cinayətləri aşkar edərək ayrı-ayrı gizli təşkilatları ifşa etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir.

DTX-nin qabaqcadan inandırıcı dəlillərlə dövlət çevrilişi və dövlətə xəyanət kimi ağır ittihamları irəli sürərək Ramiz Mehdiyevi həbs etməsi təşkilatın bu qəbildən olan növbəti böyük uğurudur. Odur ki, biz DTX-nin fəaliyyətini bəyənir və dəstəkləyirik”, - o bildirib.

Əli İnsanov qeyd edib ki, Ramiz Mehdiyev uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün hüdudsuz səlahiyyətləri ilə təkcə ayrı-ayrı yüksək vəzifə sahiblərini, Milli Məclisin deputatlarını deyil, siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilib, gizli olaraq ağır cinayət xarakterli çirkin əməllərinə cəlb edib, dövlət əleyhinə ağır cinayətlərə sürükləyib, onlarla birlikdə dövlət çevrilişinə cəhd edib:

“Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX-nin istintaq zamanı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmalarına şübhə yeri qoymur.

Göründüyü kimi, bu günə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün yetərli sayda dəlillər mövcuddur. Bu dəlillər məhkəmənin gedişində təsdiqini tapdığı halda bu xəyanət yükünü Ramiz Mehdiyevlə bərabər təkcə Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP-də daşımış olur.

Həndəsə elminin üç perpendikulyar teoremində deyildiyi kimi.

Ölkəmizi əsrlərlə işğal altında saxlamış, sərvətlərini sümürüb aparmış, zaman-zaman ölkəmizdə soyqırımlar törətmiş, faktiki olaraq tarixi düşmən bir dövlətin vassalına çevirmək planı və arzusu bu cütlüyün vətəndaş hüquqlarından məhrum ediləcəklərinə tam əsas verir.

Ramiz Mehdiyevi və onunla birlikdə olanları Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı törətdikləri xəyanət əməllərinə görə lənətləyirəm.

Bu gün bütün dünyanın gözü Azərbaycandadır.

Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı böyük təhlükəyə çevrilmiş təkcə xarici düşmənlərdən deyil, həm də artıq çox acı həqiqətə çevrilmiş daxili düşmənlərdən də uğurla qoruya bilməsi üçün heç vaxt olmadığı kimi xalqımızı qalib Prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırıram”.

Qeyd edək ki, ötən gün DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində bu gün məhkəmə 2 ay 15 günlük həbs qətimkan tədbiri seçib. O, CM-in 278.1-ci maddəsi ilə ittiham olunur.

Tarix
2025.12.01 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda gündəm olan bu maşın kimindir? - Foto

Rusiyada Vidadi Mustafayev saxlanıldı

Dəhlizlə bağlı dəyişiklik edilə bilər - Xandanyan

Azərbaycan Ordusunun sabiq xidmət rəisinin cəzası bəlli oldu

Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - Video

Türkiyənin Gültəkini Azərbaycana verməsi... - Əliyev

Bakının tələbini qəbul etməyə məcbur olduq - Badalyan

Azərbaycan o səhifəni tamamilə bağlayıb...

Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb

Bakının bu məsələdə Moskvaya yardım etməsi yalandır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla