Yuxarı

Qarabağda savaşın ilk 3 günündən sonra... - Yunan kəşfiyyatçı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

PUA-ların Qarabağdakı qələbədə oynadığı rol Yunanıstan və Cənubi Kiprdə də təkrarlana bilər.

Axar.az xəbər verir ki, bunu Yunanıstan kəşfiyyatının keçmiş rəhbəri Savvas Kalenderidis deyib.

S.Kalenderidis bildirib ki, siyasi qərar verilsəydi, Qarabağda məğlubiyyətin qarşısı alına bilərdi:

"Azərbaycan Ordusu müasir sistemlərlə təchiz edildi və gücləndirildi. Ermənistan isə yerində saydı və texnoloji baxımdan geridə qaldı. Ermənilər gedişatı izləməli və böyük günə hazır olmalı idilər, ancaq olmadılar. Yunanıstan və Cənubi Kiprdə də eyni şey olur. Türkiyənin havada, quruda və dənizdə həddindən artıq hərbi cəhətdən təchiz olunduğunu görürük. Müdafiə sənayelərini inkişaf etdirirlər.

Türkiyə ən böyük parçanı Yunanıstandan və Cənubi Kiprdən almaq istəyir. Son 20 ildə Yunanıstan əslində hərbi baxımdan təchiz olunmur, Türkiyə isə sürətlə güclənir. Böyük gün gəlsə, inanıram ki, Ermənistanın yaşadığını biz də yaşayacağıq".

Türk PUA-larının Qarabağ müharibəsində mühüm rol oynamasından danışan kəşfiyyatçı azərbaycanlı hərbçilərin fərqini də vurğulayıb:

"Azərbaycanlıların döyüş bölmələrini dəyişdirmə qabiliyyəti var idi. Məsələn, bir Azərbaycan briqadası 1-2 gün döyüşdükdən dərhal sonra yeri dəyişdirilirdi. Bu, azərbaycanlılarda oldu, amma ermənilərdə insan faktoru çatışmırdı.

Müharibənin ilk 3 günündən sonra Türkiyə və İsrail istehsalı olan Azərbaycan PUA-ları erməni tanklarını, döyüş maşınlarını, odlu silahları, topları və pulemyot bölmələrini aşkar etməyə və vurmağa başladı. Onları dəqiq zərbələrlə məhv edirdilər. Hamımız bunları izlədik".

Kalenderidis Ermənistanın cəbhədə itirdiyi silahları və əsgərləri əvəz edə bilmədiyini və bu səbəbdən də Azərbaycan Ordusuna qarşı mübarizə apara bilmədiyini bildirib:

"Ermənilər 10-15 gündən sonra döyüşmək və hücumların qarşısını almaq qabiliyyətini itirdilər. Sonra Rusiya müdaxilə etdi və Ermənistan üçün alçaldıcı müqavilə imzalandı".

Tarix
2021.07.26 / 09:07
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla