Yuxarı

İrəvanın hücum planı, Bakının cavabı: sərhəddə nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

- Sərhəd müqaviləsinin mətnini formalaşdırmaq;

- Masaya əyləşənə qədər mövqelərin əldə edilməsi.

Kəlbəcər istiqamətində baş verən döyüşlərin siyasi və hərbi hədəfləri belə görünür. Detalları anlamaq üçün proseslərin inkişafına baxmaq lazımdır.

20 iyul: Əliyevlə Putin Moskvada görüşdü;

22 iyul: Əliyev sərhədlərin delimitasiyasını da nəzərdə tutan sülh müqaviləsi ilə bağlı Ermənistana gündəlik göndərildiyini açıqladı və bəyan etdi ki, bu məsələdə Rusiya, Türkiyə, Avropa İttifaqı Bakı ilə eyni mövqedədir;

23 iyul: Kəlbəcər istiqamətində intensiv döyüşlər başlandı;

28 iyul: Ermənistanın itkiləri ilə (rəsmi məlumata görə 3 ölü, 5 yaralı) nəticələnən şiddətli döyüşlər Rusiyanın vasitəçiliyi ilə dayandı.

Hadisələrin inkişafı göstərir ki, Əliyevlə Putin Rusiyanın vasitəçiliyi ilə yeni sərhəd müqaviləsinin imzalanması üzərində razılıq əldə edib və mümkündür ki, Moskvada üçtərəfli görüşə hazırlıq gedir. Əliyev Moskvada həm də Putinin vasitəsilə Paşinyana gündəliyi təqdim edib və görüşdən sonra Putin Paşinyanla telefon görüşməsində Bakının şərtlərini çatdırıb.

Gündəliyin təqdim edilməsindən dərhal sonra Kəlbəcər istiqamətində hücuma keçən Ermənistanın masaya əyləşməmişdən öncə üç hədəfə nail olmaq istəyir:

Birincisi, Moskvanın neytral qalacağını bildiyi halda dövlət sərhədində toqquşma yaratmaqla Rusiyanın Ermənistan qarşısındakı “müdafiə öhdəliyini” gündəmə gətirir və bunun qarşılığında masada rusların dəstəyini qazanmağa çalışır: “öhdəliyini yerinə yetirmirsənsə, sərhədlərin delimitasiyasında dəstək ver”;

İkincisi, toqquşmalarla Rusiya hərbçilərinin indi bölgəyə girişinə və rusların əli ilə Azərbaycan Ordusunun mövqelərdən geri çəkilməsinə nail olmağa çalışır;

Üçüncüsü, daxili auditoriyada zəmin hazırlanır: Paşinyan anlayır ki, sərhəd müqaviləsini imzalamalıdır, öncə toqquşmalar yaratmaqla, itkilər verməklə erməni cəmiyyətinə “anlaşmasaq, yeni müharibə ola bilər” deyə biləcəyi vəziyyət yaradır.

Azərbaycanın 23 iyuldan başlanan erməni təxribatına qarşı gördüyü cavab tədbirləri Bakının prosesləri maraqlarına uyğun istiqamətə yönəltməsi baxımından əhəmiyyətlidir.

1. Masaya əyləşənə qədər Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini bərpa etmək;

2. İrəvanı sərhəd müqaviləsini imzalamağa məcbur etmək.

İyulun 28-də Ermənistan ordusuna vurulan cavab zərbəsinin miqyası vəziyyətin Ordumuzun nəzarətində olduğunu sübut edir. Bakının Moskvanın atəşkəs təklifini qəbul etməsi də hərbi mövqelərin bizim xeyrimizə olduğundan xəbər verir.

Lakin bu atəşkəs olduqca kövrəkdir və Moskvada qurulacaq masaya qədər – bu, Ermənistanda hökumətin formalaşdırılmasından sonra ola bilər – sərhəd xətti boyunca toqquşmalar davam edəcək. Bütün bunların fonunda Qarabağda da əməliyyatların şahidi ola bilərik.

Tarix
2021.07.28 / 22:58
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla