Yuxarı

Bakının bu təhdid qarşısında sərgilədiyi refleks... - Ağar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qardaşlarımızın üz-üzə gəldiyimiz bu təhdid qarşısında sərgilədiyi refleks bizim üçün olduqca dəyərlidir. Biz nəticə etibarilə həm darda, həm də bolluqda "Bir millət, iki dövlət!" əhdi etmişik"

Axar.az xəbər verir ki, bunu Report-a türkiyəli hərbi-siyasi ekspert Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin Türkiyəni çənginə alan meşə yanğınlarına görə dərhal yardım göndərməsi iki qardaş ölkə arasında qarşılıqlı etimadın güclənməsi, ortaq sevincləri paylaşmaq və dəyərlərimiz baxımından çox vacib məsələdir: "Mənə də şəxsən bir çox azərbaycanlı qardaşımdan yardımla bağlı zənglər gəlir. Bu mənada Azərbaycanın Türkiyəyə dəstəyini həm fərdlər, həm də dövlətlər səviyyəsində dərindən hiss etməkdəyik".

A.Ağar bildirib ki, Prezident İlham Əliyevin timsalında Azərbaycan dövləti məsələ ilə bağlı ilk reaksiya verən tərəf oldu: "Azərbaycanın Türkiyənin başına gələn bu fəlakət və qəsdlə bağlı hər növ yardımı özünə borc bildiyini ifadə etməsi və müvafiq tədbirlər görməsini birlik və bərabərliyimiz baxımından olduqca yüksək qiymətləndirirəm".

Ekspert vurğulayıb ki, Türkiyənin mövcud situasiyada terror aktı ilə qarşı-qarşıya qaldığı hər kəsin bildiyi reallıqdır: "Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-nın hədəflərinə zərbələr endirdiyi bir dövrdə bunun baş verməsi heç də təəccüb doğurmur. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən günahkarların cəzalandırılacağı açıqlaması ilə hər şey daha da aydın olur. Çünki PKK son dərəcə hiyləgər terror təşkilatıdır. Bu baxımdan onlar cəmiyyətdə qorxu yaymaq, bu cür yanğınlarla ölkədə təxribat törətmək, əhaliyə və dövlətə maddi-mənəvi zərər vurmağı hədəfləyirlər. Bu, PKK-nın klassik metodudur. Onlar bununla məğlubiyyətlərinin intiqamını aldıqlarını düşünürlər. Hazırkı mərhələdə Türkiyə ictimaiyyəti və dövləti soyuqqanlılığını qorumalı, məntiqlə PKK, yaxud digər terror təşkilatlarının tələsinə düşməməlidir".

Tarix
2021.07.30 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla