Yuxarı

ABŞ-ın Çinə qarşı yeni ittifaqı: savaş yaxınlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, Böyük Britaniya və Avstraliya Sakit okean bölgəsində üçlü ittifaq yaratdıqlarını bəyan ediblər. Məqsəd Çinin artan təsirinə və Pekinin Tayvanı ələ keçirmək planlarına qarşı müqaviməti gücləndirməkdir.

Axar.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ Prezidenti Co Baydenlə Böyük Britaniyanın Baş naziri Boris Conson və onun avstraliyalı həmkarı Skott Morrison arasında sentyabrın 15-də onlayn formatda keçirilən görüşü şərh edərkən deyib.

O bildirib ki, 3 ölkənin lideri ittifaqın yaradıldığını dünyaya onlayn formada elan ediblər.

“Bayden çıxışında birbaşa Çinin adını çəkmədən Hind və Sakit okean bölgəsində sülh və sabitliyin formalaşmasına çalışacaqlarını bildirib. Vaşinqton bu çərçivədə Avstraliyaya müasir texnologiyalar təqdim edəcək. Bunların arasında Amerikanın Avstraliyaya atom sualtı gəmi istehsalında yardımı da var. Buna baxmayaraq, Vaşinqton “nüvə silahının yayılmaması prinsipinə” sadiq qalaraq Avstraliyaya nüvə silahı verməyəcək.

Məsələ burasındadır ki, Çinin nüvə texnologiyalarına əsaslanan sualtı gəmilərinin sayı ildən-ilə artır və onlar ətraf ölkələr üçün təhlükə mənbəyidir. Ona görə də Amerika Avstraliyaya atom sualtı gəmilərinin istehsalında dəstək vədi verib. İl yarım ərzində həmin gəmilərin okeana buraxılması nəzərdə tutulub”.

Politoloq vurğulayıb ki, Avstraliyanın Baş naziri Skott Morrison Fransa ilə müqavilədən imtinasını bölgədə vəziyyətin sürətlə dəyişməsi ilə izah edib:

“Avstraliyanın Fransanı Amerika ilə əvəz etməsinin üstünlüyü anlaşılandır:

Birincisi, Avstraliya sualtı gəmiləri öz ərazisində istehsal edəcək. Bu, yeni iş yerləri və maliyyənin ölkədə qalmasıdır;

İkincisi, həmin gəmilər nüvə texnologiyasına əsaslanacaq.

Avstraliya Amerikadan uzaqmənzilli raketlər almağı da planlaşdırır. Bunun da hədəfi Çindir.

Pekin yeni formalaşan ABŞ, Böyük Britaniya və Avstraliya üçlüyünü tənqid edib. Pekin yeni ittifaqın üçüncü ölkələrə qarşı (əslində özünə qarşı) yönələcəyini, bunun isə bölgədə yeni “soyuq müharibəyə” səbəb olacağını vurğulayıb.

Bu arada, Vaşinqton Tayvanın ABŞ-dakı nümayəndəliyinin statusunu artırmağa qərar verib. Əvvəlki illərdə nümayəndəlik iqtisadi və mədəniyyət əlaqələri ilə məşğul olurdu. İndi isə nümayəndəliyin siyasi çəkisi artıb. Pekin buna da dərhal reaksiya verib. Çin Xarici İşlər Nazirliyi açıqlama yayaraq Amerikadakı nümayəndəliyin statusunun artırılmasını Tayvandakı radikal qüvvələrə yanlış işarə olacağını vurğulayıb.

Çin Tayvanı öz ərazisi sayır. Amerikanın siyasəti isə fərqlidir. Çinin bölgədə artan gücü yaxın gələcəkdə Tayvanın taleyini həll etmək iqtidarındadır. Bu baş verəcəyi halda bölgədə müharibə ehtimalı artacaq".

Tarix
2021.09.16 / 14:36
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla