Yuxarı

İran yük maşınları yolda qaldı: ödəniş edə bilmirlər... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran yük maşınları yolda qaldı: ödəniş edə bilmirlər... - Video

14:43

Ermənistanın Gorus şəhərində onlarla İran yük avtomobili toplanıb.

Axar.az xəbər verir ki, bu məlumatı erməni mediası yayıb. Məlumata görə, onlar Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolundan istifadə edə bilmirlər. Belə ki, iranlı sürücülərin pulu olmadığı üçün onların Azərbaycan gömrüyünə ödəniş edib, yoldan istifadə edə bilmədiyi vurğulanıb.

Erməni mətbuatı Qubadlı yaxınlığında dayandırılan İran yük avtomobillərindən yoldan istifadə üçün 100 dollardan 300 dollara qədər ödəniş tələb edildiyini yazıb.

Bununla belə bəzi iranlı sürücülərə yoldan istifadəyə izn verildiyi, amma onlardan geri dönüş zamanı hər iki tərəf üçün ödənişin alınacağı bildirilib.

Sürücülər Ermənistan polisi və Milli Təhlükəsizlik Xidmətinin Tatev yolundan istifadə etməyi təklif etdiyini, amma təklifi qəbul etmədiklərini qeyd ediblər. Çünki buradakı yol bərbad və dar olduğundan, böyük yük maşınlarının hərəkəti mümkünsüzdür. Hətta təklifi qəbul edib, yoldan istifadə edən yük avtomobilləri qəzaya düşüblər.

“Sputnik Ermənistan”a danışan sürücülərdən biri Azərbaycan postunda ödənişi dramla etmək istədiyini, amma polisin bununla razılaşmadığını bildirib. O, polisin ödənişi ya dollar, ya da Azərbaycan manatı ilə etməyi tələb etdiyini söyləyib.

Tarix
2021.09.16 / 16:26
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla