Yuxarı

Kreml İrəvanı bu fikrinə görə yaxşıca sıxacaq - Mixaylov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml İrəvanı bu fikrinə görə yaxşıca sıxacaq - Mixaylov

Ermənistan özünü beynəlxalq terrorizm ideologiyasını dəstəkləyən dövlət kimi göstərməkdə davam edir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert, hərbi mütəxəssis Yevgeni Mixaylov bildirib.

“Nemezis” terror əməliyyatının iştirakçılarına abidə qoyulması barədə qərar bunun bariz nümunəsidir. Bu xəbər Ermənistan xalqının fəlakətli iqtisadi vəziyyəti fonunda daha qəribə görünür. Bunu “Vəba zamanı bir bayram” kimi də anlamaq mümkündür. Yemək üçün heç nəyi olmayan ermənilər terrorçulara abidə ucaldır. Bu artıq şizofreniyadır.

Belə çıxır ki, Ermənistanın gələcəyi artıq bəllidir - cinayət ideyalarını dəstəkləyən izdivac ölkəsi statusu almaq. Və sonra - “xaos ərazisi”, - deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi ölkəni elə vəziyyətə salır ki, ağlı başına gələndə artıq gec olacaq:

“Ruslar və ümumiyyətlə dünya ictimaiyyəti Çar Rusiyasında, Osmanlıda Daşnaksütyun üzvlərinin törətdiklərini heç zaman unutmayacaq. Biz 20-ci əsrin əvvəllərində antirusiya fəaliyyəti ilə dərindən məşğul olan erməni məktəb və kilsələrinin bağlanması tədbirlərini yaxşı xatırlayırıq. Düşünmürəm ki, həmin abidə ölkələrimiz arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək. Ümid edirəm ki, Kreml İrəvanı bu fikrə görə yaxşıca sıxacaq. Bu tip ideyalarla gələcək qurmaq istəyən ölkə gec-tez məhv olacaq”.

Xatırladaq ki, İrəvanın mərkəzində Osmanlı İmperiyasının və Azərbaycan Demokratik Respublikasının liderlərinin məhvi ilə bağlı "Nemezis" terror əməliyyatını təcəssüm etdirən abidə ucaldılması planlaşdırılır.

“Nemezis” - bütün mənbələrdə terror əməliyyatı kimi tanınır.

Tarix
2021.09.17 / 14:00
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

Azərbaycan keyfiyyətli hərbi məhsullar istehsal edir – Gülər

Ərdoğan Bakı ilə danışdı: Onu Türkiyəyə buraxmadı - Təcili

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

Bu ölkə ilə müdafiə sahəsində saziş təsdiqləndi

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

Azərbaycanla müharibə xəbərdarlığı edildi

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla