Yuxarı

Paşinyan bununla liderliyini göstərməyə çalışır - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan bununla liderliyini göstərməyə çalışır - Politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbədəki sammitində çıxış edərkən üzv ölkələrə birgə hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalını təklif edib. Təşkilatda sədrlik Ermənistana keçib və Paşinyan özlüyündə yeni ideyalar ortaya atmağa çalışır. Bunlardan biri də “birgə dron istehsalıdır”.

Axar.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrdən yalnız Rusiya pilotsuz uçuş aparatı istehsal edir:

"Rusiya istehsal etdiyi “Orion” pilotsuz uçuş aparatlarının texnologiyasını heç kimlə, hətta müttəfiqləri ilə bölüşməyi planlaşdırmır. Hərbi ekspertlər “Orion” haqqında yüksək fikirdə deyillər. Rusiya açıq-aşkar pilotsuz uçuş aparatlarının istehsalında və satışında Türkiyədən geri qalır. Əslində bu amil Rusiyanın imicinə zərbədir. Çünki Rusiya hərbi texnika istehsalına görə dünya liderləri arasındadır, ancaq müxtəlif modifikasiyalı pilotsuz uçuş aparatları istehsal etmək ağıllarına gəlməyib, zamanlarını, pullarını və enerjilərini Amerika ilə yarışda uzaq və ortamənzilli raket istehsalına xərcləyiblər. Halbuki Türkiyənin “Bayraqdar”ları Rusiyanın Ermənistana ötürdüyü bahalı tankları yerlə-yeksan etdi.

Buna baxmayaraq, İrəvan ümid edir ki, Rusiya dron istehsalını gücləndirəcək və pilotsuz uçuş aparatları ilə Ermənistan ordusunu da təhciz edəcək. Bu istisna deyil. Əgər Rusiya beynəlxalq anlaşmalara zidd olaraq Ermənistanı “İsgəndər” raketləri ilə təchiz etdisə, pilotsuz uçuş aparatları da ötürə bilər. Ancaq ona qədər Türkiyə bu sahədə daha çox irəli gedəcək və yeni silahları ilə Azərbaycanla da paylaşacaq".

Tarix
2021.09.18 / 19:14
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla