Yuxarı

Zakir Həsənov media işçilərini mükafatlandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov media işçilərini mükafatlandırdı

Ölkə Prezidenti cənab İlham Əliyevin iyunun 2-də imzaladığı Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncamın icrası ilə əlaqədar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində orduda çalışan kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev mətbuat işçilərini salamlayaraq onlara Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini və arzularını çatdırıb.

Nazir müavini Silahlı Qüvvələrimizdə aparılan islahatlardan, ordunun yüksək döyüş qabliyyətindən, onun mənəvi-psixoloji hazırlığından, maddi-texniki təminatının yüksəldilməsindən, keçirilən irimiqyaslı təlimlərin əhəmiyyətindən danışaraq bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiyməti xüsusi olaraq vurğulayıb.

Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin mükafatlandırılmasına dair əmri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Əmrə əsasən bir qrup əməkdaşa təşəkkür elan olunub, Fəxri fərman və mükafatlar təqdim edilib.

Tarix
2015.07.22 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla