Yuxarı

Əflatun Amaşov jurnalistlərə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əflatun Amaşov jurnalistlərə müraciət etdi

"Dünəndən etibarən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində intensiv döyüşlərin getdiyinə dair xəbərlər yayılmaqdadır. Cəmiyyətin cəbhədə baş verənlərə marağının böyük olması təbiidir. Medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbul ediləndir. Ancaq cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir".

Axar.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün Feysbuk səhifəsində yazıb.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası ötən ilin avqustunda atəşkəs rejiminin kütləvi pozulması müşahidə edilərkən də məsələ barədə mövqeyini açıqlayıb:

"Qurum belə qənaətdədir ki, cəbhədə baş verənlərin ictimaiyyətə çatdırılmasında medianın operativliyi nə qədər vacibdirsə, onun dəqiqliyi və obyektivliyi bir o qədər zəruridir. Həssas fəaliyyət jurnalistin təkcə peşə etikasına riayyət etməsi deyil, eyni zamanda onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil edə bilməsi mümkün olan məqamlardan uzaq durmasıdır. Hər iki halda o, cəmiyyətin mənafe və maraqlarının keşiyində dayanır və səngərdəki əsgərdən heç də az iş görmür".

Şura sədri Azərbaycan mediasının özünütənzimləmə qurumu olan Mətbuat Şurasının sədri kimi cəbhədən xəbərlər yayan jurnalistləri, həmçinin ayrı-ayrı kütləvi informasiya vasitələrini, o cümlədən xəbər saytlarını bir daha həssas olmağa çağırıb:

"Düşünürəm ki, onların həssas münasibəti ilk növbədə peşəkarlıqlarını ortaya qoyacaq. Hazırkı durumda belə fəaliyyətin yolu faktları müvafiq dövlət qurumu – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə dəqiqləşdirməkdən, rəsmi təsdiqi olmayan məlumatları yaymamaqdan keçir. Unutmayaq ki, mahiyyətinin pozitivliyi və neqativliyindən asılı olmayaraq dövriyyəyə buraxılan məlumatların Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etməsi mümkündür".

Tarix
2015.07.25 / 15:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla