Yuxarı

Ocaqnejad Azərbaycandan gizli yolla qaçıb - İlginc detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ocaqnejad Azərbaycandan gizli yolla qaçıb - İlginc detallar

İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın Bakını tərk etməsi haqda xəbər yayılıb. İİR-dan BBC-Azərbaycana bildiriblər ki, Ocaqnejat artıq Tehrandadır.

Axar.az xəbər verir ki, Musavat.com saytı Ocaqnejadın əslində Azərbaycandan qaçdığını yazıb.

Xəbərə görə, Ocaqnejad Azərbaycanda diplomatik statusla, İran səfirliyinin əməkdaşı kimi qeydiyyata düşüb, amma öz statusuna uyğun fəaliyyət göstərməyib.

Belə ki, onun ofisinin yerləşdiyi Hüseyniyyə məscidi İran Mədəniyyət Mərkəzi kimi təqdim edilsə də, orada mədəniyyət təbliği üçün deyil, Azərbaycana qarşı dini-ideoloji və siyasi mübarizə və gizli şəbəkənin yaradılması üçün istifadə olunduğu müəyyən edilib.

Məlum olub ki, burada mütəmadi olaraq Azərbaycanın dövlət quruluşu, idarəçiliyi və hakimiyyətinə qarşı təbliğat aparılıb, dini düşmənçilik, dini radikalizm və fanatizm zəminində milli, irqi, sosial və dini nifrətin, düşmənçiliyin təbliği işi qurulub.

Məlumatda bildirilir ki, Azərbaycanın müvafiq dövlət orqanlarının bütün bu faktlar, qanunsuzluqlar haqda məlumat əldə etdiyindən xəbər tutan Seyid Əli Əkbər Ocaqnejad gizli yolla Azərbaycanı tərk edib. Yəni o, faktiki olaraq, ölkədən qaçıb. Bununla Ocaqnejad qanunazidd, mandatından kənar əməllər törətdiyini də etiraf etmiş olub.

Tarix
2021.10.07 / 17:06
Müəllif
Axar.az
Oxunub
16 933
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla