Yuxarı

Rusiya ABŞ vətəndaşını azadlığa buraxdı - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ABŞ vətəndaşını azadlığa buraxdı - Səbəb

Rusiyada məhkum edilmiş ABŞ vətəndaşı Robert Gilman səhhəti ilə əlaqədar azadlığa buraxılıb və ABŞ-a göndərilib.

Axar.az xəbər verir ki, amerikalının vəkili İrina Brajnikova Gilmanın əfv olunmuş ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, Robert Gilman 2022-ci il yanvarın 19-da qatarda asayişi pozduqdan sonra Voronej şəhərinin dəmir yolu vağzalında saxlanılıb. Polis şöbəsində o, Daxili İşlər Nazirliyinin əməkdaşlarından birini ayağı ilə vurub. Məhkəmə əvvəlcə onu ümumi rejimli cəzaçəkmə müəssisəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sonradan cəza müddəti bir il azaldılıb.

Cəzasını çəkdiyi müddətdə hüquq-mühafizə orqanlarının və penitensiar sistemin əməkdaşlarına qarşı zor tətbiq etməsi ilə əlaqədar Gilman barəsində yeni cinayət işləri başlanıb.

Mediada daha əvvəl yayılan məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio iyulun 23-də Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı keçmiş amerikalı dəniz piyadasının azad edilməsi məsələsini qaldırıb.

Tarix
2026.08.12 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla