Yuxarı

Dambrauskas tarixi qələbədən danışdı: Qürur duyuram!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dambrauskas tarixi qələbədən danışdı: Qürur duyuram!

Azərbaycanlı futbol azarkeşlərini, futbolçularımı və hər kəsi təbrik edirəm. Oyunçularımla qürur duyuram. Səfərdə məğlub olduqdan sonra nəticə çıxarmışdıq. Cavab matçına daha hazırlıqlı idik. Bu gün kim yaxşı oynasaydı, o da qalib gələcəkdi.

Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Orhus"a (Danimarka) qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

“İlk hissədə rəqibin bir qol vurmaq imkanı oldu. Lakin qapıçımız yaxşı çıxış etdi. Bununla belə, əsasən qarşılaşmada üstün olan tərəf biz idik. Biz bu gün qələbəmizi bayram edəcəyik", - o bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Sabah" "Orhus"u iki oyunun nəticəsinə (1-2, 4-0) əsasən məğlub edərək pley-offa vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Avropa Liqasının əsas mərhələsinitəmin edib.

Tarix
2026.08.11 / 23:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

Ümid Özdağ Bakıya gəlir - Tarix

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla