Yuxarı

Bakı İranın krim-tranzitini məhv etdi - Perenciyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı İranın krim-tranzitini məhv etdi - Perenciyev

İranın xarici işlər nazirinin Moskvaya səfəri çoxşaxəli idi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran-Azərbaycan münasibətlərinin pisləşməsindən narahatlığını ifadə etsə də, əsas müzakirə rəsmi Moskva ilə Tehran arasında iqtisadi əməkdaşlıq oldu. Azərbaycana aid mövzu isə 2016-cı ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran liderlərinin görüşü zamanı start verilən "Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində nəzərdən keçirildi.

Bu sözləri Axar.az-a Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

"Nəqliyyat kommunikasiyalarının açılması və inkişafı mövzusu Cənubi Qafqazda kifayət qədər çətin başa gəlir. Bu nəqliyyat-kommunikasiya prosesinin açılması, ilk növbədə, İran və Ermənistanın kriminal iqtisadi maraqlarına ziyan vurur. Aydındır ki, İran və Ermənistana kriminal, yəni qara pulların gəlişini tormozlayan Bakı hədəfə çevriləcəkdi.

Rəsmi Bakı öz ərazisini işğaldan azad edərək, illərdir öz axarı ilə gedən kriminal tranziti məhv etdi. Azərbaycan regionda "ağ iqtisadiyyat”ın institut və infrastrukturunu formalaşdırmağa başladı.

Gördüyünüz kimi, burada dini amil rol oynamır. Əsas iqtisadi sahədir, onun təməli isə nəqliyyat kommunikasiyalarından asılıdır. Onların açıqlanması maliyyə axınlarının dəyişməsinə gətirib çıxardı. Məhz Ermənistan və İran bu axınların indi Azərbaycan və Türkiyəyə istiqamətlənəcəyindən ciddi şəkildə ehtiyatlanır.
Rəsmi Moskva İranın xarici işlər naziri ilə görüşündə bu məsələni həll etməyə çalışırdı. Bəs İran tərəfi nəyi həll etmək istəyirdi? Güman edirəm ki, rəsmi Tehran da taliblərin hakimiyyətə gəlməsi, Azərbaycan və Türkiyənin regiondakı mövqelərinin möhkəmlənməsi, Çinin dünyada liderlik mövqeyinin güclənməsi və digər amillərlə əlaqədar Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi modelin necə formalaşacağını anlamağa çalışır", - Perenciyev bildirib.

Tarix
2021.10.09 / 09:00
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla